adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Sentyabr 2018 17:32
9275
MƏMLƏKƏT
A- A+

İTV-də yeni təyinatlar - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.


Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Adalet.az-a verilən məlumata görə 4 sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.


Yayım Şurasının qərarı iləHəmidov Rəhim Bağır oğluBaş Direktorun müavini,Osmanova Günel Aslan qızı"Kadrlar və Xüsusi İşlər” departamentinin direktoru,Şükürova Könül Arif qızı"Səhər proqramları” departamentinin direktoru,Tsurkov Maksim Sergeyeviç"Beynəlxalq əlaqələr” departamentinin direktoru,Seyidov Mehmandar Ənvər oğluHüquq departamentinin direktoru,Məmmədov Məmmədəli Nazim oğluRadionun proqram direktorluğu departamentinin direktoru,Hakimov Kənan Eldar oğlu"İdman” departamentinin direktoru,Cəfərli Minijə Cəmşid qızıisə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.


İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edib ki, aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.