adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Sentyabr 2018 15:54
15832
İDMAN
A- A+

Maraqla gözlənilən oyun təxirə salındı

Bu gün Bakı vaxtı ilə saat 14:00-da keçirilməli olan Yaponiya - Çili matçının oynanılmamasının səbəbi açıqlanıb.

Qol.az-ın Yaponiya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, gecə saat 3 radələrində ölkənin şimalında baş vermiş zəlzələyə görə qarşılaşma təxirə salınıb. Federasiya oyuna bilet alan azarkeşlərin pullarının geri qaytarılacağını bildirib.

Qeyd edək ki, Sapporo şəhərində yerin 33,4 metrlik dərinliyində baş vermiş 6,7 bal gücündəki zəlzələ nəticəsində 9 nəfər həyatını itirib, 30 nəfər itkin düşüb, 366 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.