adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2018 19:35
8694
İDMAN
A- A+

İbrahimoviç Misir klubuna keçir - iddia

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç ABŞ klubundan ayrıla bilər.

Adalet.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, isveçli futbolçu karyerasını Misirdə davam etdirməyə yaxındır. Sözügedən ölkənin "Piramids" klubu 36 yaşlı forvardı heyətinə qatmaq istəyir. İddiaya görə, "Los-Anceles Qelaksi" klubunun rəhbərliyi daha yaxşı təklif alan İbrahimoviçi buraxmağa hazırdır.

Qeyd edək ki, təcrübəli futbolçu bu ilin yanvarından ABŞ klubunun formasını geyinir. Bu komandanın heyətində 21 oyunda meydana çıxan İbrahimoviç 16 qol vurub.