adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Sentyabr 2018 19:29
18163
ELM VƏ TƏHSİL
A- A+

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulunun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3312 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1386 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaqdır.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7‑dən 12‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.