adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Sentyabr 2018 19:06
10416
DÜNYA
A- A+

Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirildi

Türkiyənin Pülümür rayonunun Akdik kəndində iyulun 30-da keçirilən əməliyyat zamanı öldürülən silahlılardan biri Musa Çetiner ("Kombat Çetin” ləqəbli) Türkiyə Daxili İşlər Nazirliyinin cinayətkarların "qırmızı siyahısı”na daxil olan terrorçulardan olub.

Adalet.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Tunceli vilayətinə məsul şəxs” kimi tanınan Çetinerə görə Türkiyə tərəfi 4 milyon lirə mükafat vəd edibmiş.

Musa Çetiner 10 cinayətin törədilməsində ittiham olunaraq, axtarışa verilib.

Terrorçu 2016-cı ildə Tunceli və Nizamiyədə polis və jandarma qüvvələrinə qarşı törədilən iki teraktın təşkilində ittiham olunub. Həmin hadisələr zamanı bir hərbçi ölüb.

2005-ci ildə Çetinli kəndində terrorçunun yerləşdirdiyi minanın partlaması nəticəsində iki əsgər ölüb. 2011-ci ildə Çetinerin əmri ilə Iğdır Polis İdarəsinə hücum olub.