adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Sentyabr 2018 18:46
16937
DÜNYA
A- A+

Bəy toy gecəsi öldü

Böyük Britaniya sakini toyundan ikisaat sonra ölüb.

Adalet.az xəbər verir ki, bununla bağlı "Daily Mail” məlumat yayıb.

Denni Emsli və sevgilisi Kler avqustun 17-də evləniblər. Toy Ueterbi şəhərindəki hotellərdən birində baş tutub. Mərasimdə cütlüyün yaxınları və dostları iştirak edib.

Denni 23:30-da toy gecəsi üçün hotel otağına qalxıb, Kler isə mərasimdə iştirakını davam etdirib. Bir saat sonra bəyin yanına gedib, bu zaman o sağ olub, daha sonra gəlin yenidən qonaqların yanına qayıdıb. Mərasimin sonunda otağa girən qadın bəyin cəsədini aşkar edib. Hadisə yerinə gələn xilasedicilər Denninin həyatını qurtara bilməyiblər.

Ölən şəxsin 37 yaşı olub. Dostları onun sağlam olduğunu bildirib. 35 yaşlı gəlin sosial şəbəkədə sevdiyi şəxs olmadan necə yaşayacağını təsəvvür etmədiyini yazıb.