adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Sentyabr 2018 17:57
15567
İQTİSADİYYAT
A- A+

Dünya ölkələrinin qızıl rezervləri açıqlandı

Ümumdünya Qızıl Şurası(World Gold Council) ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısını açıqlayıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox qiymətli metal ehtiyatına sahib ölkələr arasında ABŞ liderdir.

Bu ölkənin qızıl ehtiyatları 8.133,5 ton təşkil edir.

Almanya 3.369,9 ton, Beynəlxalq Valyuta Fondu2.814,0 ton, İtaliya 2.451,8 ton, Fransa 2.436,0 ton, Rusiya 1.944,0 ton, Çin Xalq Respublikası 1.842,6 ton, İsveçrə 1.040,0 ton qızıl rezervə sahibdir.

Yaponiyanın qızıl rezervləri 765,2 ton, Hollandiyanın 612,5 ton, Hindistanın561,9 ton, Avropa Mərkəzi Bankının 504,8 ton, Tayvanın 423,6 ton, Portuqaliyanın 382,5 ton, Səudiyyənin 323,1 ton, Qazaxıstanın 321,8 ton, İngiltərənin 310,3 ton, İspaniyanın 281,6 ton, Türkiyənin 240,2 tona bərabərdir.