adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Sentyabr 2018 18:05
8463
GÜNDƏM
A- A+

“Səni deyirlər” mahnısı ətrafında qalmaqal

Son günlərdə Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" rəqs havası böyük marağa səbəb olub.

Adalet.az qaynarinfo-ya istinadən xəbər verir ki, mahnı ilə bağlı əsas maraqlı məqamlardan biri isə mahnı mətninin orijinal versiyası ilə bağlıdır. Belə ki, sonradan mahnıya çevrilən orijinal mətnin müəllifi Azərbaycanın tanınmış şairi Şəhriyar del Geranidir.

Bu haqda danışan müəllif bildirib ki, bu şeiri bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.


"2012-ci ilin avqust ayı idi. Biz o vaxt Təbriz həbsxanasında idik. Güney Azərbaycanda Urmiya gölü ilə bağlı etiraz aksiyaları keçirilirdi. Bu şeiri də o vaxt yazdım. O zaman bizi həbsdən buraxanda şeirlərimi köçürdüyüm dəftərləri müsadirə etdilər. Amma həmin şeirin qaralaması hələ də arxivimdədir. Urmiya aksiyalarına görə həbs olunan fəallar da bizim həbsxanada çox idi. Onlar yazdığımız şeirlərin üzün köçürür, əzbərləyirdilər. Görünür bu şeir də bu şəkildə əldən-ələ, dildən-dilə keçib və indiki yerə gəlib çıxıb. İndi həmin vaxtdan 6 il uzaqlıqda xatirimdə çox az kimsə, çox az olay qalmış. Çox yəqin İbrahim Əlizadə qardaşımız da həmin vaxtlarda aksiyalarda həbs olunanlardan olub. Bu və başqa bir neçə şeirimi dustaqlar köçürüb saxlayırdılar. Çox yəqin onlardan biri də İbrahim olub" deyə Şəhriyar del Gerani bildirir.

Müəllif arxivindən həmin şeirin əlyazmasını da təqdim edib:


Urmiya dəryası nə üzməlidir,
Ay quş olub üstündə süzməlidir,
Urmiya qızları nə sevməlidir,
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər...


Qapına gəlləm,
Qarşında qul ollam,
Özümdən sənə yolam
Yolçu deyirlər.
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər.


Yolam - saçımı yolam,
Qulam - saçımı yolam,
Mən dəli olannan
Səni deyirlər...


Şəhriyar Del Gerani
avqust, Təbriz 2012