adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Sentyabr 2018 17:21
6843
HADİSƏ
A- A+

Beyləqanda yol qəzası - Sürücü öldü

Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi "VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.