Azad Rəhimov Minskdə II Avropa Oyunlarının müzakirəsindədir
2019-cu ildə Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.
Komissiyanın iclasında II Avropa Oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00