adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Sentyabr 2018 15:43
6019
GÜNDƏM
A- A+

Qırğızıstan və Azərbaycan Hesablama Palataları əməkdaşlığı genişləndirir

Azərbaycan və Qırğızıstanın Hesablama Palataları ikitərəfli əməkdaşlığa dair memorandum imzalayıb. Trend-in məlumatına görə, sənədi iki ölkənin ali audit orqanı rəhbərləri Vüqar Gülməmmədiov və Uluqbek Maripov imzalayıb.

Görüş zamanı U.Maripov qeyd edib ki, Qırğızıstan Hesablama Palatası Azərbaycanın Hesablama Palatası ilə ikitərəfli əməkdaşlığın yaradılması və inkişafına xüsusi önəm verir.