adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

CAMAL ƏHMƏDOVUN MƏQSƏDİ NƏ OLUB?

7679 | 2018-09-07 09:01

Dostum və qardaşım Aqil Abbas. Mən 1 sentyabrda Qarabağa haqqım,hüququm və qanunla qorunmalı statuslu mülkümolan Baş Qərvəndə niyə gedirdim, məqsəd və məramım nə idi, buyurun, siz dəoxuyun. Axı sən özün də çox yaxşı bilirsən ki, mən ömrü boyu kimlərinsə sifarişi və ya məkrinə xidmət edən kişi olmamışam və ölsəm də olmaram.

Sözüm «Bizim liderimiz yekdir, ayə, sən öl yox, sizinyox, bizim liderimiz yekdir» deyə 25 ildirsusmayıb qız-gəlini, cavan və qocalarıküçələrdə güc strukturlarına dəyənəklədib həbsxanalara doldurulmasına nail olduqdan sonra,«filankəsə azadlıq» deyə xor oxutduranlara…

1 sentyabr «Yurda qayıdış» aksiyasında məqsəd və məram nə idisə ona da ədəblənail olundu.

1.Dünyayavə o cümlədən də ermənilərə əyani olaraqbəyan edildi ki, didərginlər öz doğma yurdlarına,hətta minalanmış ərazilərdən də keçib qayıdacaqlar. Ermənilər bunu görüb dərhal ənənəvi ermənihay-harayı saldılar və rəsmi olaraq bəyanatlar yaydılar.

2.Didərginlərinqarşısını kimlər, hansı məqsədlə və əsasla dayandırdılar, dövlət orqanlarıonların təhlükəsizliyini təmin etdimi?

3.Didərginlərin doğma yurda qayıdışlarını hansı müxaliflider əyani olaraq dəstəklədi və onlarlabir yerdə oldu? Onlarla bir yerdə olmağacəsarət, mərdlik və mənəviyyat tapa bildilərmi?!

4.Aksiyazamanı «dartma, yaxam cırıldı», dəyənəkləmə, qız-gəlini dəyənək qarşısına vermə,ictimai asayişin pozulması, insanları həbsxanalaradoldurma halları baş verdimi? Bu məsələdə dövlət-vətəndaş, polis-vətəndaş, ordu-vətəndaş qarşıdurmaları, xaos, anarxiya baş verdimi?!

5.Yox! Belə ənənəvi və 25 ildir davam edən rüsvayçı hallar baş vermədi. Verə də bilməzdi. Ona görəki, onu «yek olan» siyasi liderlər təşkil etməmişdilər. Buna əyani dəstəkvermədilər, mənimlə orada olmadılar. Dövlətin aidiyyatı strukturları, o cümlədən də polis orqanları minalanmışərazilərə daxil olmaq və doğma yurda qayıtmaq istəyən vətəndaşların təhlükəsizliyini əsaslandırmaqla təhlükəsizliyimizi təmin etdilər. Və ən yüksək mədəni və qanuni səviyyədə mövcud vəziyyəti çaysüfrəsində izah etdilər.

Bununlada haqqım və hüququm olan nəzərdə tutduğum xoşməramlı dinc məqsədimuğurla həyata keçdi.Dünya bunu gördü və bildi.

Yaxşısıbudur 25 ildir ki, yekəm, şeşəm deyən zurna-qaval, dəf-dumbul çaldıranlar öz çalan-oxuyandəstələrini susdursunlar. Əks halda, daha və çox ağır bir həmlə ilə onları susduracam.Məndən açıq-aşkar və kişi kimi söyləməsi.

P.S.Dostum və qardaşım Aqil Abbas, məgər məqsəd, məram və nəticə sizin üçün xoşagələn deyilmi? Sosial şəbəkə vasitəsiləsizin telefon zənginizdən də beş saat əvvəl yazmış olduğum bu məzmunlu status lazım, həttazəruri deyildimi?!

Dostum,qardaşım Aqil Abbas, iki ildir ağır xəstə vəziyyətindəyəm. Təəssüf ki, mənlə maraqlanmamısan. Yenə sağol ki, Baş Qərvəndə qayıtmaqla bağlı təşkiletdiyim tədbirlə maraqlandın. İndi mən Bakıdayam. Telefon danışığındanhiss elədim ki, sən Qarabağa səfər üstündəsən. Sağ-salamat gedib qayıtmağını və uğurlu yollararzulayıram.

Hörmətlə,

CamalƏhmədov


TƏQVİM / ARXİV