adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Sentyabr 2018 09:48
11064
GÜNDƏM
A- A+

ÖLƏNDƏN SONRA DAHA ÇOX YAZMAĞA BAŞLAYIB

Məşhur bir şair çox cavan, təxminən 50 yaşlarında rəhmətə getmişdi. Uzun illər unuduldu. Sonra oğlu yüksək vəzifəyə gətirildi. Oğluna yarınmaq istəyənlər girdilər bəhsə-bəhsə. Qəzetlərdə rəhmətlik haqqında palaz-palaz yazılar yazmağa başladılar, sürətlə kitabları çap olunmağa başladı.

Bir dəfə Vidadi Məmmədov (yeri behişt olsun, söz ustasıydı, ən görkəmli yazıçılar, şairlər də onun dilinə düşməkdən qorxurdular) çayxanada dedi:

- Dostlar, xəbəriniz var,rəhmətlik filankəs öləndən sonra daha çox yazmağa başlayıb.

İndi baxıram qəzetlər, saytlar sabiq prezident Ayaz Mütəllibovdan ayda bəlkə 5-6 dəfə böyük-böyük müsahibələr götürürlər: Qarabağın necə qaytarılması barədə, Qarabağ barədə, dövlətin daxili və xarici siyasəti barədə, ölkə iqtisadiyyatı necə inkişaf etdirilməlidi, insan haqları… və sair və ilaxır.

Hər dəfə də oxuyanda yadıma rəhmətlik Vidadi Məmmədovun sözləri düşür, yəqin Vildadi sağ olsaydı deyərdi:

- Dostlar, Mütəllibov vəzifədən gedəndən sonra daha müdrikləşib.