adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Sentyabr 2018 12:22
21036
ƏDƏBİYYAT
A- A+

Çılçılpaq ruhumla asılmışam dodaqlarından... - ŞEİRLƏR

Adalet.az gənc şair Ülvi Bahadırın şeirlərini təqdim edir.



KATARSİS

Məni saçlarından süzülən bir arzu kimi bağışla,qadın…
Çünki mən səni sevirəm…

Necə ki, bir budaqda on sərçə olur…
Sonra külək əsir…yağış yağır
Hamısı uçub gedir, amma biri qalır haa..
Həə, bax mən də eləcə qaldım səndə…

Görəsən, tale sərçənin özüdü…ya ayaqları?...
Bəlkə budaq?...

İndi nə fərqi var ki?

Məni gözlərindən başlayan bir tale kimi bağışla,qadın…
Çünki mən səni sevirəm…

Kimsəsiz və çılçılpaq ruhumla asılmışam dodaqlarından
Bütün yorğunluğumla sənə yalvarıram…
Mənə qıy…qıy mənə əzizim
Saçlarından başlayan ağrını…
Kırpiklərindən başlayan sızıltını…qıy mənə…
Öp məni…

Məni qıvrılıb boyunlara dolanan yollar kimi bağışla,qadın…
Çünki mən səni sevirəm…

Mən bir ömür qaranlığa razıyam…
Səni Günəşə əmanət eləyirəm…
İstəsən…arada mənə də bir qığılcım bağışlayarsan gülüşlərinlə…
Mən kölgəmə çəkilirəm…
…bir gün sənin də mənə çəkilmən ümidiylə…

Taleyilə savaşan qadın…
Ağrısıyla barışan qadın…
Qorxma məndən…
Mən sənə səccadə olmağa gəlmişəm…


AYRILIĞA ÖNSÖZ

Səni yaxşı tanıyıram...bir də gəlməyəcəksən
Elə-belə ağlamazdın...əriməzdi əllərin...
Sentyabr...kölgələr...bir də gülməyəcəksən
Dağınıq saçların da labirintdi, labirint
Gedirsən, heç olmasa əllərini burax, get
Qoyma əsr eləsin buxar pəncərələri
Silim...görüm...son dəfə bir əl elə, gözdən it
Allahdan da o taya yeri...yeri...ha yeri
Allaha da baxanda...məni görməyəcəksən
Arada yuxuma gəl, qorxma, ölməyəcəksən.

Dünyanın ən xoşbəxt günü taleyindən öpüncə
Bir qızın alın yazısı dodağına yazılar
O qaraçının sözü qulağına gəlincə
"İnsanlar bir-birinin əllərində qalırlar
İnsanlar bir-birinin gözlərində qalırlar”
Ağ göyərçin qanadlanar sinəndəki yaradan
Ancaq nə qanad çalar,nə də yüksəyə uçar
Bilməzsən bu ağrının kökü başlar haradan?...
Naümid yanaqların əllərini hey qucar
Xatirə gözlərini qucar hey giley qucar

Girərsən o boş evə...yer-döşəmə,göy-tavan
Əşyalar rəqs eləyir,qəm çəkisizliyində