adalet.az header logo
  • Bakı 13°C
06 Sentyabr 2018 11:36
9363
GÜNDƏM
A- A+

Türk dünyasının ortaq televiziyasının yaranması asan deyil - RƏY

Türk dövlətlərinin ortaq telekanalının yaradılması barədə artıq neçə illərdir danışılır. Televiziya demək tamaşaçı, izləyici deməkdir. Görünür, bu, problem olaraq qalmaqdadır.

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında tanınmış telejurnalist, "Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay deyib.

"Ortaq dil, onu anlamaq istəyənlər olacaqmı? Təbii ki, hansı dilin yayılma arealı böyükdürsə, o da daha böyük təsir qüvvəsinə malikdir”, - deyən İ.Tuncayın sözlərinə görə, həmin türkcə də Türkiyə türkcəsidir.

"Deməli, ortaq TV Türkiyədən yayımlansa, o zaman şansı, uğuru ola bilər. Amma burada maliyyə, reklam kimi şərtlər də olacaq. Həlli asan görünmür mənə. Yəni, subyektiv fikrimdir. Xatirinizdədirsə, "İctimai” TV və TRT birgə layihə həyata keçirirdilər. Elə bu şəkildə davam edə bilərdi. Olsa, baxarıq”, - deyə İ.Tuncay əlavə edib.