adalet.az header logo
  • Bakı 16°C
05 Sentyabr 2018 21:41
27144
ƏDƏBİYYAT
A- A+

III Reyxin birinci xanımı: Özünü və uşaqlarını sevə-sevə Hitlerə qurban verən qadın kimdi?

III Reyx və fürer Adolf Hitler haqqında Azərbaycan oxucularının əksəriyyəti dolğun bilgilərə sahib deyil. Sahib olduqları isə sovet, qərb, demokratiya, liberalizm təbliğatlarından doğan natamam, qərəzli, aşağılandırıcı məlumatlardı. Nə isə...
III Reyxin birinci şəxsi Hitler idi. Bəs qadınlar içərisində I şəxs kim idi? Çoxları qeyd edirlər ki, fürerin məşuqəsi Eva Braun. Lakin bu yalandı. Hitler subay olduğundan, Almaniyanın Təbliğat naziri Yozef Gebbelsin həyat yoldaşı Maqda Gebbels dövlətin I ledisi hesab edilirdi. Gəlin qısaca bu xanımın zirvəyə qədər necə gəlib çıxmasına nəzər yetirək.
Atası Oskar Ritşel, anası isə Avqusta Berendt olan, Yohanna Mariya Maqdalena adlı bu xanim, 1901 ci ildə nikahdan kənar izdivacdan dünyaya gəldiyinə görə bəzi mənbələr onun dogum gununu 1 noyabr kimi bəziləri isə 11 noyabr kimi gostərirlər. Körpə dünyaya gəldikdən sonra, valideynlər münasibətlərini rəsmləşdirsələr də, yarım ildən sonra boşanırlar. Həmin dövrün sənədləri araşdırılanda, bu xanımı həm Maqda Berendt, həm də Maqda Ritşel kimi soyadları daşıdığı aydın olur. Sonralar anası fabrika sahibi və yəhudi sənayeçisi Fridrix Fridlenderlə ailə həyatı qurur. Yeni cütlük Belçikaya köçür (gənc Maqdada onlarla). Maqda ilk təhsilini 5 yaşından başlayaraq Vilvord katolik monastırında alır. Savadı ilə seçilir, tezliklə fransız dilini mükkəmməl öyrənir və atalığının soyadını götürərək Maqda Fridlender olur.
I Dünya müharibəsinin başlaması ilə Fridlenderlər ailəsi yenidən Almaniyaya qayıdırlar. Gənc Maqda bir neçə liseylərdə təhsil alır, ingilis dilini mükəmməl öyrənir. Son olaraq Qoslar şəhərindəki qızlar pansionatında təhsil alaraq, 1920-ci ildə oranı əla qiymətlərlə bitirir. Elə həmin il zəngin alman sənayeçisi, multimilyoner Günter Kvandtla izdivaçı başlayır. 1921-ci ilin yanvarında onlar ailə həyatı qururlar. Maqda frau (xanım) Kvandt olur və bu Maqdadan 20 yaş böyük olan Günter Kvandtın ikinci nikahı idi. Bu evlilikdən onların Harold adlı oğulları dünyaya gəlməsinə baxmayaraq, cütlüklər xaraktercə bir-birlərinə zidd olduqlarından, onların münasibətləri soyuq idi. Maqdanın intelektual, kütləni savadı ilə əlinə ala biləcək kişilərdən daha çox xoşu gəlirdi. Kvadtlar ailəsi ABŞ, Latın Amerika ölkələrinə də səyahət etməyə vaxt tapırlar. Ən maraqlı məqamlardan biri odur ki, ABŞ-ın gələcək Prezidenti olacaq alman əsilli Herbert Huverin qardaşı oğlu Maqdanın gözəlliyinə, savadına heyran qalaraq ona evlənmək təklifi edir. Maqda ərini sevməsə də, bu təklifi rədd edir. 1929-cu ildə cütlüklər boşanırlar. Bu xarakterlərinin tutmaması ilə yanaşı, Maqdanın "Hans" adlı məşuqunun peyda olması ilə bağlıdı. Bəs bu "Hans" kim idi?
Məhşur "Hans" yazıçı, siyasətçi, qatı sionist, irqçi Yəhudi dövlətinin yaradılması uğrunda mübarizə aparan Haim Viktor Arlozorov idi. Maqda onunla hələ 15 yaşında ikən izdivaca başlamışdı. Lakin bu izdivac xoşlantı olaraq qalmışdı, və Arlozorov başqa xanım ilə ailə həyatı qurmuşdu. 1928-ci ildə sevimli "Hans" yenidən peyda olur. Bu dəfə onların izdivacları məşuq-məşuqə kimi baş verir. Bu cür münasibət 1931-ci ilə qədər davam edir. Maqda yəhudi "Hansın" yalnız yataq yoldaşı kimi qalmadi, eyni zamanda onun qatı irqçi sionist düşüncələrinə də maraq duymağa başladı.
Amma Maqdanın marağı bununla bitməmiş, o Almaniyada əks-səda salan nasional-sosialistlərə də maraq göstərmişdi. Bu maraq 1930-cu ildə onların Berlindəki partiya komitələrinə baş çəkməyi ilə nəticələnir. Orda fürerin sevimlilərindən olan Yozef Gebbelsin natiqliyi onu heyran edir. Tezliklə Maqda Y.Gebbelsin katibəsi, sonra isə sevgilisi olur. Lakin bu yaxınlığa baxmayaraq, o, Maqdanın ürəyində dərin kök sala bilmir. Elə Gebbelsin özünün də ondan yalnız gözəl xanım kimi xoşu gəlirdi. 1931-ci il Maqdanın həyatında dönüş nöqtəsi baş verir, ona Hitlerlə görüşmək nəsib olur. Maqda Hitleri gözəlliyi, zəkası ilə o qədər heyran qoyur ki, fürer onu əsl alman irqinə məxsus qadın adlandırır. Elə Hitlerin də, xarizması onu cəlb edir. Maqda Hitlerə vurulur və bu onun sonuncu, lakin ən güclü məhəbbəti olacaqdı. Maqda bundan sonra fürerin bütün seçki kompaniyalarında, rəsmi çıxışlarında, yığıncaqlarında daim iştirak edir. Hitlerin həyatında Yeva Braunun (1929-cu ildən) olmasına baxmayaraq, fürer Maqdaya ondan daha çox vaxt ayırırdı. Elə 1932-ci ilin avqustunda Eva Braunun özünə uğursuz sui-qəsd etməsinin ən böyük səbəbi də məhz Maqda idi.
Hitlerin ailə həyatı qurmaq kimi planı yox idi, çünki onu böyük işlər gözləyirdi. Fürerin bu mövqeyini bilən Maqda sarsıntı keçirir. Lakin fürerə yaxın olmaq üçün Gebbelsin yanından əl çəkmir. Hitlerin təkidi ilə Maqda ilə Gebbels münasibətlərini rəsmləşdirirlər. 19 dekabr 1931-ci ildə cütlüklərin toyu olur, şahid qismində fürer iştirak edir.
Hitlerin sevimlilərindən (hətta məşuqəsi) olan aktrisa və rejissor Leni Rifenştal Maqdanın Hitlerlə bağlı etirafını xatirələrində yazır: "Mən ərimi sevirəm, amma Hitlerə olan sevgim hər şeydən güclüdü, ona görə canımdan da keçərəm. Mən anlayıram ki, fürer heç bir qadını sevə bilməz, onun ən böyük sevgisi Almaniyayadı. Doktor Gebbelslə evlənməyə yalnız Hitlerə yaxın olmaq üçün razılıq verdim".
Maqdanın fürerə olan məhəbbətindən xəbərdar olan Gebbels, onunla (Maqda ilə) ailə quran zaman müqavilə bağlamışdı. Müqavilənin şərtinə görə Gebbels məşuqələri olmaq hüququna malik idi.
Maqda fürerə məişət qayğılarını əsirgəmir, hətta onun üçün çeşidli vegetarian yeməkləri də hazırlayırdı. Bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə fürerin yanında Eva Braun deyil, Maqda Gebbels gözə çarpırdı. Hələ də, Hitlerlə Maqdanın arasında cinsi yaxınlığın olması tarixçilər üçün mübahisə obyekti olaraq qalır. Lakin məhəbbət üçbucağının (bu münasibət intimsiz olsa belə) olması dəqiqdi. Maqda ilə Gebbelsin izdivacından 6 uşaq dünyaya gəldi. Onların hamısının adları fürerin şərəfinə "h" hərfi ilə başladı: Helqa, Hilda, Holda, Hedda, Hayda adlı qızları; Helmut adında oğul övladları olur. Hətta bir çox tarixçilər qeyd edirlər ki, Gebbelslər ailəsində 1934-cü ildə dünyaya gələn Hilda Hitlerdəndi.Buna arqument kimi uşağın görünüşcə atasına oxşamaması, Y.Gebbels tərəfindən bu uşağın digərləri ilə müqayisədə demək olar ki, sevməməsi həmçinin Hitlerin digərlərindən fərqli olaraq Hildanı daha çox sevməsi göstərilir.
III Reyxin bütün qadınları şəxsi dərdlərini birbaşa Maqda Gebbelsə müraciət edərək bildirərdilər. O, 1933-1945-ci illər ərzində alman qadınları tərəfindən milyonlarla məktublar alırdı. Beləliklə Maqda Gebbels reyxin I xanımına çevrilir. 1938-ci ildə fürer onu "Alman anası fəxri xaçı" ordeninə layiq görür.
Maqda I lediyə çevrildikdən sonra ərinin xəyanətlərinə, gənc aktrisalarla izdivaclarına artıq göz yuma bilmirdi. Xüsusən də, Gebbelsin çexiyalı aktrisa Lida Baarova ilə izdivacına. Aktrisa 1936-cı ildə nazirin sevgilisi idi. Hətta Gebbelsin müavini olan Karl Haynke Maqdanı sevdiyindən ona rəisinin 40-dan çox məşuqəsinin adı olan siyahını təqdim edərək, ərindən boşanaraq onunla evlənməsini təklif etmişdi. Lakin Maqda etirazını bildirmişdi. Amma məhşur "40-lar" siyahısına görə ona təşəkkür etmişdi. Ərinin bu hərəkətləri barədə o, yalnız bir şəxsə şikayət edə bilərdi - fürerə.
Maqda Hitlerin qəbuluna düşərək boşanmaq istədiyini bildirmişdi. Hitler I ledini dinləndikdən sonra nazirinin etdiklərindən qəzəbə gəlsə də, Maqdanı çətinliklədə olsa, boşanmaq fikrindən daşındırdı və əlavə elədi: "reyxin I nömrəli ideal ailəsi biabırçılıqla dağıla bilməz".
Maqdanın "məruzəsindən" sonra fürer Gebbelsi hüzuruna çağıraraq əmr edir: "Sənə 2 ay vaxt verirəm, ya şüurlü surətdə o çexiyalı fahişədən ayrılacaqsan, ya da mən sizi "ayıracam!" Təbii ki, bu cür qəzəbli əmrdən sonra o, fürerin əmrini yerinə yetirdi. Lida Baarova Praqaya yola salınaraq, bir daha reyxə ayaq basmağı qadağan olundu. Bununla da, Gebbels fədakar deyil, qorxaq "Romeo" olduğunu sübuta yetirdi. Hitler Gebbelsi əvvəlcə Yaponiyaya səfir kimi göndərmək istəsə də, sonda anladı ki, təbliğat sahəsində heç kim axsaq Gebbels qədər peşəkar deyil. Həqiqətən də Gebbels natiqliyinə, savadına görə Hitlerdən üstün olmasa da, ondan aşağıda deyildi. Məhz onun sayəsində hakimiyyətə gəlmə yolundakı, informasiya mübarizəsi zamanı, liberallar, demokratlar, kommunistlər bir-birinin ardınca biabırçı məğlubiyyətlərə uğradılmışdır. Rəisinin başı üzərində işlər görərək onun arvadının könlünü fəth etmək istəyən müavini Karl Haynke isə vəzifədən vurularaq Breslau şəhərinin təbliğat üzrə qaulayteri (rəhbəri) vəzifəsinə təyin edildi.
Maqda Hitlerə dəlicəsinə bağlanaraq eşqə düşməyi ilə yanaşı onu özünə Allah da bilirdi. Maqda həm də reyxin qadınları içərisində ən qatı nasionalist idi. Bu yolda vaxtı ilə ona əziz olanlarıda qurban verdi. İlk sevgilisi "Hansı" ın 1932-ci ildə Almaniyadan qaçmağına kömək etsə də, bir il sonra onu Tel-Avivdə arvadının gözü qabağında güllələdilər. Qatillər tapılmasa da, onun qətlində ilk versiya kimi reyxin xüsusi xidmət orqanlarının adı çəkilir. Məhz birinci ledinin ilk sevgilisi səs çıxarmamalıydı. Daha sonra vaxtı ilə ona əziz olan yəhudi atalığı Rixard Fridlenderi həbs etdilər. Onun həbsdən Maqdaya saysız məktublar yazmasına baxmayaraq, hər biri cavabsız qaldı və o, 1939-cu ildə Buhenvald konslagerində öldü. Amma əsl qurbanlar qabaqda idi...
1945-ci il aprel ayının ortalarında Sovet qoşunları Berlini mühasirəyə aldıqda, artıq çıxış yolu olmayan fürer son vəsiyyətini edərək Gebbelsi reyxskansler təyin edir. 30 apreldə (rəsmi məlumata görə) isə fürer 16 illik sevgilisi Eva Braunla birlikdə intihar edirlər. Gebbelslər ailəsi də bu yolla gedirlər. Əvvəlcə Maqda uşaqlarına yuxu dərmanı içirdir. Uşaqlar dərin yuxuya getdikdən sonra isə Maqda şəxsən onları zəhərləyərək öldürür. Uşaqlarla vidalaşdıqdan sonra məhşur cütlük özlərini də öldürür. Maqda gözəlliyi, savadı, cəsarəti ilə daim mərkəzdə olduğu halda həyatının son saatlarını övlad qatili kimi diqqət mərkəzinə gətirdi.
Maqda sonuncu hərəkəti ilə övlad qatili oldu. Bu birmənalıdı. Berlin sovet qoşunlarının ayaqları altına düşmədən öncə Maqdanın dediyi ifadəyə nəzər yetirək:
"Hitlersiz, nasional-sosializmsiz mən və uşaqlarımın gələcəyi ola bilməz! Mənim uşaqlarım çox dəyərlidilər. Odur ki, vaxt gələcək bizlərin qisasını uşaqlarımızdan çıxacaqlar, onlara öz ata-analarına qarşı nifrət-ikrah hisləri aşılayacaqlar".
Maqda Gebbelsin etdiyi nə qədər ağlasığmaz olsa da, dediyində həqiqətlər də az deyil. Təbii ki ona 100 % haqq qazandırmıram, amma dediklərinin doğru olduğunu anlamaq üçün 1945-ci ildən sonrakı Almaniyaya nəzər yetirək. Fürerin yeganə sağ qalan bacısı Paula Hitlerin başına olmazın oyununu açdılar. Onu yalnız Hitlerin bacısı olduğuna görə həbsə salıb sonsuz sayda sorğu-suallar etdilər. Hətta qaliblər və onlara yaltaqlananlar onu ən əxlaqsız, murdar qadın kimi təqdim etdilər. O, tənhalıq içərisində öldü. Bu siyahıya Hitlerin baş katibi, eləcə də nasional-sosialist partiyasının öncülərindən olan Martin Bormanın uşaqlarını da misal göstərmək olar. Onun 10 uşağını atalarından üz döndərməyə, əlehinə danışmağa məcbur etdilər. Çoxlarını misal çəkmək olar. Nəhayət Hitler başda olmaqla bütün reyxin rəhbər vəzifəsində olanları alman xalqına 180 dərəcə fərqli təbliğ edərək cani, hannibal adlandırdılar. Məhz zarafat deyil ki, "Yeni Avropa Nizamının" xalqlar içərində ən çox məhv etməyə çalışdığı almanlardır. Ardınca irland, belorus, balkan xalqlarıdı.

Haşiyə

200 ildən çox Çar Rusiyası, 70 ildən çox SSRİ tərkibində yaşayan odlar yurdunun türklərini qırsalar da milli mənəvi dəyərlərimizi, dilimizi, Vətən namusunu, ailə institutumuzu və s. nə məhv, nə də naturalizasiya edə bildilər. Əksinə Azərbaycanda yaşayan bir çox rus, ukrayin və bunlar kimi başqaları özləri naturalizasiya olaraq azərbaycanlaşdılar.
Bizi işğal edənlərin edə bilmədiklərini bu gün Qərb imperializminə xidmət edən, sapı özümüzdən olanlar xalqın mili mənəvi dəyərlərinə susamış, iyrənc 5-ci kolon vasitəsilə uğurla həyata keçirilir. Son 15 ildə öz dilinə, tarixinə, şəxsiyyətlərinə, torpağına, mənəvi dəyərlərinə qarşı asi çıxmaq pik nöqtəyə çatıb.
Hansısa tarixi və sənədli faktlardan bixəbərlər Babəkə, Ş.İ.Xətaiyə, M.C.Bağırova, M.Ə.Rəsulzadəyə qarşı murdar dillərini uzadaraq, onları xalqın gözündən salmağa hər vasitə ilə çalışırlar.
Hələ bu yaxınlarda qarşılıqlı söhbət etdiyim, sonda sözün hər mənasında boşqabdibi yalayaraq, "jurnalist gədələr" tayfasının nümayəndəsi olduğunu anladığım, adını açıqlamayacağım ikiayaqlı birisi dəlili və sübutu olmadan ölməz xanəndəmiz, səsi ilə dünyanı heyran qoyan Rəşid Behbudovun homoseksual olmasını qəti şəkildə bildirdi. Təbii ki, bu iddianın qarşılıqlığında layiqli cavabını da verib, qapını bərk çırpdım.
Bu gün Azərbaycan xalqı daxildən sosial vəba ilə zəhərlədilir. Çox utandırıcı hal odur ki, bu zəhəri yayan əclflar, özlərini xalqın mənafeyinə, insanlara demokratiyaya, sosial rifahın yaxşılaşdırılmasına və s. bu cür qulaqlara yaxşı gələn sözlərlə insanları manipulyasiya edərək öz torlarına salırlar.
Bu cür halları görəndə Maqda Gebbelsə az da olsa haqq qazandırmamaq mümkün deyil.
Maqda 44 illik həyatında Berend, Ritşel, Fridlender, Kvandt, Gebbels kimi soyadları daşıdı, yalnız bir soyadı ona daşımaq qismət olmadı - Hitler. Lakin o son nəfəsinə qədər ruhən yalnız bir nəfərə sadiq oldu. O da, böyük fürer Adolf Hitler idi!