adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Sentyabr 2018 17:45
17862
MƏDƏNİYYƏT
A- A+

Bu mövsüm ilk tamaşa “Leyli və Məcnun” olacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan Adalet.az-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin "Şah İsmayıl” operası təqdim olunacaq.

Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin "Leyli və Məcnun”, "Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin "İl Tabarro” operası göstəriləcək.

Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq "Leyli və Məcnun” operası ilə açır