adalet.az header logo
  • Bakı 11°C
05 Sentyabr 2018 19:48
7605
HADİSƏ
A- A+

Gömrükdə telefon əməliyyatı - VİDEO

Gömrükçülər avtomobilin salonunda gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 320" markalı nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin salonundan hər iki qabaq oturacağın içərisindən 1 ədəd "Samsung Galaxy J3 Pro", 4 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Samsung Galaxy J2 pro", 1 ədəd "Samsung Galaxy prime pro" markalı mobil telefonlar, 6 ədəd yükləyici başlığı, 6 ədəd USB kabel və 4 ədəd qidalandırma cihazı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.