adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Sentyabr 2018 18:00
3510
HADİSƏ
A- A+

Motosiklet oğruları tutuldu

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən "İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Adalet.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib.

Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.