adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Sentyabr 2018 15:33
9711
İDMAN
A- A+

Mariya Stadnik Polşada güləşəcək

Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən "Qran-pri” seriyasından olan "Poland Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.