adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Sentyabr 2018 15:30
11287
MƏMLƏKƏT
A- A+

Sosial reablitasiyaya dəstək və asudə vaxtın təşkili layihəsi başa çatıb

Azərbaycan Respublikası Prezidenti Yanında QHT-yə Dəstək Şurasının dəstəyi ilə "Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihə başa çatıb.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif rayonlarından olan sosial ənəgəlli uşaqlar ölkəmizin paytaxtında gəzməli, görməli yerlərdə olublar.

Onlar bu yaşlarınadək yaşadıqları rayondan, evlərindən kənara çıxmayıblar. Bu uşaqların arzusu Bakını görmək, onun maraqlı yerlərini gəzmək olub. Müxtəlif sosial problemləri olan bu uşaqların arzusu həyata keçib.

Uşaqlar Şirvanşahlar sarayı , İçərişəhər, Qız qalası, Heydər Əliyev Fonudunun binası yaxınlığındakı parkda, Dənizkənarı milli parkda gəzib, əyləniblər, müxtəlif muzeylərə baş çəkiblər.