adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Sentyabr 2018 14:28
12279
DÜNYA
A- A+

Balıqçıların TOQQUŞMASI: Dəniz hegemonu bərbad durumda

Britaniyanın keçmiş hərbçiləri ölkənin dəniz qüvvələrinin vəziyyəti ilə bağlı həyəcan təbili çalır.

Modern.az"İndependent” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi Lord Alan Vest danışıb.

Bir vaxtlar dünyanın ən güclü və qabaqcıl texnologiyalarına malik donanmasına sahib Britaniya Brexit (Avropa Birliyindən çıxış dövrü) ərəfəsində öz sərhədlərini qoruya bilməyəcək vəziyyətə düşüb.

Onun sözlərinə görə, Britaniya öz sərhədlərini qorumaq üçün kifayət qədər gəmiyə malik deyil. Bildirib ki, ölkənin AB-dən çıxmasından sonra isə vəziyyət fəlakətə çevriləcək.

Vest son zamanlarda La Manş boğazında Britaniya və Fransa balıqçılarının qarşıdurmasını misal gətirərək, hətta bu vəziyyətdə belə Britaniya tərəfindən kifayət qədər gəminin iştirak etmədiyini qeyd edib.

Qeyd edək ki, toqquşmada fransız balıqçıları Britaniya balıqçı gəmilərinə tüstü bombaları və daşlar atıb.

Məsələ burasındadır ki, Britaniya balıqçıları burada balıq tuta bildiyi halda digər ölkələrin balıqçılarına buna qadağa qoyulub.

"Aydın məsələdir ki, bizim ən əsas iqtisadi zonalar da daxil Birləşmiş Krallığın dəniz sərhədlərini qorumağa kifayət qədər gəmimiz yoxdur”- Vest bildirib.

Vest bu gəmilərin koordinasiyasının həyata keçirildiyinin yalnız nəzəri cəhətdən olduğunu diqqətə çatdırıb.

"Nəzəri cəhətdən koordinasiya dəniz əməliyyatları komandanlığı mərkəzi tərəfindən birgə həyata keçirilir. Lakin bu komanda mərkəzinin lazımi orqanları ayağa qaldıracaq vahid komandiri olmadığına görə düzgün fəaliyyət göstərə bilmir” – keçmiş dənizçi bildirib.

O, həmçinin Brexitdən sonra bunun fəlakətə çevriləcəyini də qeyd edib.

Vestin sözlərinə görə, digər ölkələrin Britaniya iqtisadi zonalarına girişi hələ də Brexit çərçivəsində müzakirələr prosesindədir.

Xatırladaq ki, Britaniya dəniz qüvvələrinin gəmilərinin sayı da yalnız birliyin üzvləri ilə müqayisə edilə bilər. AB-ə üzv dövlətlərin gəmiləri birliyin dəniz sərhədlərini birgə qoruyur. Britaniya birlikdən tam çıxdıqdan sonra isə öz sərhədlərini özü qorumalı olacaq.

Qeyd edək ki, dünən səhər saatlarında La Manş boğazında 35-40 fransız balıqçı gəmisi Normandiya sahillərində bir neçə ingilis gəmisini əhatəyə alıb. Nəticədə gəmilər bir-birinə dəyib və fransız gəmiləri tüstü bombaları və daş atmaqda ittiham olunub.