adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Sentyabr 2018 13:06
17568
MƏDƏNİYYƏT
A- A+

Özbəkistanda muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək

Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tədbirə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri qatılacaqlar.

Forumda Azərbaycanı mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistanın Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində "Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə makom sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.