adalet.az header logo
  • Bakı 19°C
05 Sentyabr 2018 12:57
16525
MƏDƏNİYYƏT
A- A+

"Səhhətim yaxşı deyil"- Xalq artisti

"Səhhətim yaradıcılıqla məşğul olmağa imkan vermir”.

AzVision.azxəbər verir ki, bunu xalq artisti Arif Məlikov deyib. Bəstəkar səhhətinin yaxşı olmadığını dilə gətirib.

"Bir gün elə, bir gün belə oluram. Həkimlərin köməkliyi ilə hələki tarazlığı saxlamağa çalışram. Amma o qədər də yaxşı deyiləm. Səhhətim kefimin də yaxşı olmasına imkan vermir. Bu səbəblərdən dolayı heç yaradıclqla da məşğul ola bilmirəm. Konservatoriyaya da çox gec-gec gedirəm”.

Yaxın günlərdə 85 illiyini qeyd etməyə hazırlaşan sənətkar bildirib ki, yubileyini rəsmi tədbirdən ibarət, təmtaraqsız keçirəcək.