adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Həyatımı Martin İdenə borcluyam - Emin Akif yazır

10263 | 2018-09-06 11:16

Hərdənbaşını çevirib geridə qalanlara baxırsan və boynundan ən incə nöqtələrinə kimiağrıyırsan. Amma bu ağrılar artıq geridə qalmış və sən yeni bir yolun, yeniağrıların qucağındasan. 

Ağrılar saç kimidir, kəsirsən, yerinə yenisi gəlir,uzanır.

Gənclik illərimə,yəni azadlığıma qədəm qoyduğum günlərə həyatımın ən böyük itkisi iləbaşlamışam. Bu mənim sonrakı günlərdə böyük bir bataqlığa yuvarlanmağıma səbəboldu. Bir müddət evə, atamın yarımçıq qalan işlərinə başım qarışdı. O boydayükü çiyinlərimdən atandan sonra dincəlmək, əylənmək istədim. Özümü verdim şəhərinçayxanalarına, qəlyanxanalarına. Günün tən yarısını, bəzən gecəyə qədər oradakiminlə gəldi vaxt keçirirdim. Sonra bu avaralığı işə çevirdim. Eləavaralandığım çayxanada işləməyə başladım. Fərq bunda idi ki, avaralığımın hərgün 12 saatına 10 manat pu alırdım.

O mühitdəbaşın ancaq bahalı maşınlar, qızlar və pul barədə düşünməyə qurban gedir.Düzdür, boğazacan batmamışdım o bataqlıqda, amma batmaq üzrə idim. Bizim gəncliyəolan ümidlərim elə o avaralıq yurdlarında ölmüşdü. Hələ qızlarımızı demirəm. Oqızlar ki, bu çayxanalarda, bu qəlyanxanalarda işləməklə təkcə pul qazanmırlar,həm də əksəriyyəti tab gətirmir, çirklənirlər.

Yadıma gəlir,bir qız təzəcə düzəlmişdi işə. Gördüyüm qızlardan fərqli idi. Geyiminə diqqətedir, danışığında zərrəcə söyüşə yol vermirdi. Müdirin və müştərinin olmayanvaxtında söhbət etməyə xeyli vaxtımız oldu. Deməli, bu qız evin böyük qızı imişvə ondan başqa bir bacısı da var imiş. Anası təhsilsiz, ev iş-gücünə ömür verənbirisiymiş. Atası 4-5 ay var imiş ki, dünyasını dəyişib. Aydan da məcbur qalıbevi dolandırmaq üçün işləməyə. Gəzib-gəzib, gəlib ən münasib yer kimi buranıtapıb. Yəni onun bacardığı iş çayxanalıq imiş.

Aydanişlədiyim yerə gələn qızlardan daha fərqli idi. Müdir onunla zarafat etmirdi.Aydan o şəraiti yaratmamışdı. Adətən bura gələn qızlar 3-4 günə artıq müdirindizləri üstündə otururdu, müştərilərlə him-cimləşirdilər. Aydan hər axşambacısının dalınca 1 saatlıq üniversitetə gedirdi. Onu universitetdən götürüb evəkimi ötürüb sonra qayıdırdı işə. Müdirlə bu barədə razılaşmasa da biz yolaverirdik. Aydan deyirdi ki, qoy, bacım oxusun, evin problemlərinə başınıyormasın. Oğlan uşağında olan dikbaşlığı gördüm Aydanda. O, bu sözləri deyəndə,özünü əsl kişi kimi aparırdı.

Ayağaqalxdım, iki fuje çaxır süzdüm. Çaxır içə-içə bir müddət susduq. Qəfildən ooxumağa başladı.

"Başın öne eyilmesin,aldırma gönül aldırma, ağladığın duyulmasın, aldırma gönül aldırma”.

Bunun adi zümzümə olduğunu bilsəydim, keçərdim üstündən. Amma Aydanelə yanğılı oxuyurdu ki, bu dikbaş qızın "başın öne eyilmesin” deməyi mənə qəribəgəlirdi. Çünki onun xarakteri sərt idi.

"Dertlerin kalkınca şaha, bir sitemyolla Allaha, görecek günler var daha, aldırma gönül aldırma”.

Bunu da deyib, çaxırı çəkdi başına.

Sonra barın arxasına qaçdı. Suyu açdı və elə bayaq oxuduğu musiqiniqoşdu, səsini ucaltdı. Aydanın əliylə gözlərinin yaşını silməyini gördüm. Həm dəhıçqırmağını sezdim. Yaxınlaşıb qucaqlamaq keçdi fikrimdən. İstədim bir az daolsa təsəlli verim, nəsə bir söz deyim. Amma edə bilmədim. Eləsəydim də Aydanimkan verməyəcəkdi.

Həmin vaxtlar cızmaqara şeirlər yazırdım. İçimdəki şeirə olan həvəs ədəbiyyatdanqaynaqlanmırdı, meyxana mühitindən gəlmə idi. Aydan mənim haqq-hesab dəftərininarxa vərəqlərindəki cızmaqaralarımı oxumuşdu deyəsən. Ona görə də "şeirin rastıma çıxdı dəftərdə, oxudum,xoşuma gəldi, sən buranın adamı deyilsən” dedi. Onun bu sözü həmin vaxt mənəbir o qədər də çatmamışdı.

Bir neçə gündən sonra Aydan müdirlə dalaşdı. Səbəbsə ondan bir azaçıq-saçıq geyinməyinin tələb olunmağıydı. Belə yerlərdə qızlar açıq-saçıqgeyinsə, bir o qədər müştəri çox olar. Aydansa " mən işimi yaxşı görürəm, müştərinarazı deyil” cümləsini dəfələrlə təkrar edirdi. Amma nə xeyri. O, əl çantasınada götürüb çıxdı məkandan, arxasınca qaçdım. Qapının ağzında qucaqladım onu,amma heç nə demədim.

Sonralar bu çayxanada çox şeylər baş verdi. Hamısını indi yazsam,nağıl qalmaz sabaha.

Evə gələndə anam həmişə şikayətlənirdi.

"Sən belə deyildin, nə oldu axı birdən-birə?!”.

Üstümdən gələn siqaret, qəlyan qoxusu arada özümü də narahat edirdi.Bütün günü evdə tapılmamağım və günün sonunda 10 manatla qayıtmağım heç özümə dəxoş gəlmirdi.

Bilmirəm, həqiqətən yadımda deyil, kimsə mənə ədəbiyyat oxumağın mənəyaxşı təsir edəcəyini demişdi. Və Cek Londonun "Martin İden” əsərini tövsiyəetmişdi. Kitab oxumağı məktəbi bitirəndən tərgidən adam idim. Nədənsə, bu dəfəcəhd elədim. Kitabı oxumağa başladım. İş vaxtı da boş vaxt tapan kimi vərəqləyirdim.Əsəri bitirdim. Elə bir qəribə ab-havada idim ki, elə bilirdim, məni yaxşıdöyüb, silkələyib, soyuducuya qoyublar. Və günlər sonra soyuducudan çıxarıblar.Buzlarım əriyirdi yavaş-yavaş. Hisslərimin üstü açılırdı, hissiyatım getdikcədaha da güclənirdi. Nəhayət, işdən çıxdım, birdəfəlik. Bütün avaralandığımuşaqlarla əlaqəmi kəsdim. Qapandım evə.

Harasa gedəndə həmişə uşaqlarla görüşdüyümüz, dayandığımız yerlərdənqaçırdım, işlədiyim və veyilləndiyim bu çayxanalardan salmırdım yolumu. Beləcə,bu bataqlıqdan canımı qurtardım. Aydan üçün bu asan idi. Ona görə ki, o qızdır.İndiki dövrdə qadınlar daha tez iş tapır. Onun üçün çayxana kitabı çox gümanki, bağlanmışdı. Amma bundan başqa o qədər yerlər var ki. Şəhər doludur, "qızişçi axtarılır” elanları ilə. Amma kişinin içində həmişə bir "avara” obrazıyatır. Və o obraz iş-güc olmayanda tez üzə çıxır. Hərədə bir cür.

Və bəzən insan istəyərək, bilərək özünü bataqlıqların içinə atır,sonra kimisi çıxır, kimisi isə çapalaya-çapalaya yaşayır. Bu mənəvi boğulmadır,maddi yox. Çünki belə yerlərdə işləyən xeyli sayda adam tanıyıram. Ki, yaxşıpul qazanırlar, korluq çəkmirlər. Mənəvi dünyaları da zəngindir, yaxşıqızdırlar, yaxşı oğlandırlar.

Amma daxili dünyaları, başları zəngindeyil. Onlarla oturub bir kəlmə kəsə bilmirsən. Danışmağa sözləri var, amma çoxbəsitdir, məişət qoxuyur. İndi haradasa ədəbiyyat adamının intihara cəhdini,intiharını eşidəndə pis oluram və qəbul etmirəm.

"Məni bataqlıqdan çıxaran ədəbiyyatanecə xəyanət edə bilərəm axı?!”.


TƏQVİM / ARXİV