adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Sentyabr 2018 10:29
11028
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: HƏR GÜNÜMÜN SUALI

Dən kimi üyüdürəm
Bu ömrü narın - narın...
Dərə biləcəyəmmi -
Bu ömrün barın - barın?!

Gün ki , bitməyib hələ
Ruhumu nura bələ...
Səndən mənə yol gələ -
Görəm ki, arın -arın!..

Duyğular sarı simdi
Göz yaşlarımda çimdi...
Soruşam gələn kimdi ? -
Deyə ki, yarın, yarın...