ANA SƏHİFƏ / YAZARLAR

"DOQOVORU" QABİL POZUB

10460    |   2018-09-05 00:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalam əri Abbasəligil tərəfdən bir qohumumuz vardı. Adı Aftandil idi. Özləri Qərbi Azərbaycandan idilər. Sabirabadın Qaragünə kəndində məskunlaşmışdılar. Kənd adamı idi. Əlinin halal zəhmətiylə dolanırdı. Şair idi.
Bunu mən demirəm. Bunu atam Qabil deyirdi. Şeirlərinin bəzisi atamın o qədər xoşuna gəlirdi ki, əlyazmasını "müsadirə" edib, mətbuata təqdim edirdi. Necə deyərlər, Aftandilin yaradıcılığına həyat vəsiqəsi verirdi.
Günlərin bir günü bu Aftandil özünün yetişdirdiyi kənd təsərrüfatı məhsullarından yığıb gətirir Hüsü Hacıyev, indiki Azərbaycan prospektində yerləşən Passaj bazarına. Satmağa başlayanda yerli alverçilər, indiki dildə desək, bazarın monopolistləri başlayırlar bunu sıxışdırmağa. Sıxışdıra-sıxışdıra... Aftandil bir də görür ki, bazarın qapısındadır.
Bu haqsızlıqla barışmayıb, tez dəftərini açıb qoyur dizinin üstünə. Başlayır satirik bir şeir yazmağa. Nə hirsi varsa tökür bu şeirə. Sonra da başlayır elə ordaca bazarın kök salmış əhlinə oxumağa və deyir ki, bunu "Kirpi" jurnalında çap etdirəcəyəm. Bu dəm qohumu şair Qabil bazara girir. Aftandillə förüşüb, hal-əhval tutur. Halını pəjmürdə görüb, səbəbini soruşur. Aftandil hal-qaziyyəni danışıb, əlyazmasını ona uzadır. Qabil eynəyini taxıb şeiri oxuyur. "Əla" deyib kağızı qatdalayıb qoyur cibinə. Və bazarlığına davam edir.
Bu şeirdə əks olunanları - indiki dildə desək - "sukalar" aparıb çatdırırlar bazarkoma. O da Aftandili yanına çağırır ki, "Ay kişi, tutaq ki, sən bu şeiri göndərdin "Kirpi"yə, onlar da gələcəklər üstümə, mən də "tərləməli" olacağam. Ondansa, gəl səninlə belə bir "doqovor" - müqavilə bağlayaq. Mən sənin üçün hər cür şərait yaradıram, alverini edirsən, sən də əvəzində şeiri jurnalda çap etdirmirsən. Razısan?" Aftandil razılaşır. Başlayır şıdırığı alverinə. Bir aydan sonra bazarkom Aftandili yanına çağırır:
- Ay Aftandil, axı biz səninlə söz danışdıq. Danışdıq ki, yazdığın şeiri "Kirpi" jurnalına verməyəcəksən. Səninçün Bakının ən mərkəzi bazarında alver üçün şərait yaratdım. Mən "doqovor"a əməl etdim. Bə sən niyə əməl etmədin? Axı sənə nə pisliyim keçdi ki? - deyə "Kirpi" jurnalını stolun üstünə çırpır.
Aftandil jurnalı stolun üstündən götürüb, səhifələrin birində onun imzasıyla, xəbəri olmadan çap olunan şeiri görür. Üzünü bazarkoma tutaraq:
- Ay bazarkom, mən "doqovor"u pozmamışam.
- Bəs kim pozub? - deyə bazarkom barmağıyla jurnala işarə edir.
- "Doqovor" u şair Qabil pozub.
Demə Qabilin şeirdən o qədər xoşu gəlib ki, evə qayıdan kimi ikinci mərtəbədə yaşayan qonşumuz, "Kirpi" jurnalının baş redaktoru Salam Qədirzadənin qapısını döyür və şeiri bəh-bəhlə ona təqdim edir. O da bəyənərək, götürüb qoyur növbəti nömrəyə. Vəssalam-şüttəmam.
Düzdü, şair Aftandilə bu şeirə görə qonorar verirlər. Amma bu qonorar onun bazarda itirdiyi iş yerindən qazandığının heç onda biri də eləmir.



YAZARIN ARXİVİ

2018-10-08 : "OĞRAŞ"
2018-10-05 : DGTYB - 20!
2018-05-24 : DİN və din
2014-09-24 : GÖZƏTÇİ
2014-09-05 : KİTAB OĞRUSU
2014-04-04 : Hacıleylək
2014-04-03 : Hacıleylək
2014-04-02 : Hacıleylək
2014-04-01 : HACILEYLƏK
2014-03-29 : HACILEYLƏK
2014-03-20 : Bico - Hekayə
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK