Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı
Bakı Apellyasiya Məhkəməsində Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən verilən protestə baxılıb.
Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılsa da, təmin edilməyib.
Məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsi piyadanın ölümündə sürücünün günahı təsdiqlənmədiyi üçün ona bəraət verib. Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Mirzalıyevin vurduğu piyada xəsarətdən ölməyib.
Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb.
O, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.
İttihama görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb.
Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
27 Mart 2024 16:45
Azərbaycan beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşlarını təhvil verdi
21 Mart 2024 22:23Boşananda mərc oyunlarından qazanılan gəlir də bölünəcək - Ali Məhkəmədən qərar
15 Mart 2024 11:48Baş Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət etdi
14 Mart 2024 13:16Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı YENİ QƏRAR
13 Mart 2024 18:00