adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2018 17:13
10938
İDMAN
A- A+

Mourinyu həbsxanaya düşməyə razılaşdı

İngiltərənin "Mançester Yunayted” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyu İspaniyanın vergi orqanları ilə danışıb və ödənilməmiş vergi səbəbindən həbsxana həyatı yaşamağa razılıq verib.

Adalet.az xəbər verir ki, bununla bağlı "El Mundo” nəşri məlumat yayıb.

Mourinyu Madrid "Real”ında işlədiyi müddətdə gəlirlərinin bir hissəsini ispan hökumətindən gizlədib. Məlumatlara görə, 2011-ci ildə portuqaliyalı 1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergidən yayınıb.

Mütəxəssis vergidən yayındığını etiraf edib.

Joze Mourinyu 2010-2013-cü illərdə "Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə birlikdə İspaniya çempionatının qızıl medalını, ölkə kubokunu və İspaniya Super Kubokunu qazanıb.