adalet.az header logo
  • Bakı 20°C
04 Sentyabr 2018 14:45
10245
KRİMİNAL
A- A+

Abşeronda çay evindən oğurluq edən şəxslər tutulub

Abşeronda çay evindən oğurluq edən şəxslər tutulub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılıblar.

Ətraflarında keçirilmiş tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilib.