adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2018 14:38
14739
ƏDƏBİYYAT
A- A+

Anasının nizam-intizamı altında böyüyən Turgenev - ARDI

Berlində keçirdiyi illərdə qərb mədəniyyətlərinin yüksəliş dövrünü qavrayan Turgenev eyni dövrün iki məşhur ismi olan Tolstoy və Dostoyevskidən bir çox mövzuda fərqli düşünürdü. Yazar dini simvol və təlimlərə önəm vermək əvəzinə sosial problemlərə, toplumdakı ədalətsizliklərə qarşı çıxan hekayələri üstün tutan, romanlarındakı obrazlara yeni, heç sınanmamış xarakterlər qatacaqdı.


"Nəticə etibarilə təbiət amansızdır, vəhşidir. Tələsməyə çalışmaz və gec-tez özünə aid olanı alar. Kor təbii və inadla öz qanunlarına itaət edər, sənəti anlamaz, eynilə azadlığı bilmədiyi, eynilə yaxşılığı bilmədiyi kimi”.


Turgenev Tolstoyla ilk olaraq 1855-ci ildə Peterburqda tanış olur. Qərb dünyasını daha yaxşı tanıyan Turgenev Tolstoy və bir ortaq dostları ilə yenidın Parisə gedər. Həyata fərqli bir yöndən baxan, sərt mübarizələrdən , gecə həyatından xoşu gələn Tolstoy Turgenevin bəlli bir çərçivəli həyat tərzindən heç də xoşu gəlməz, hətta ona cansıxıcı gələr. İki böyük yazar arasındakı enişli-yoxuşlu münasibət Tolstoyun Turgenevi duelə dəvət etməsilə hər nə qədər sonra Tolstoy bu tələbindən imtina edib əfv diləsə də, 1861-ci ildə sona çatacaqdı.


"Zaman bəzən quş kimi uçar, bəzən də tısbağa kimi gəzər, bunun qarşılığında insan vaxtının necə keçdiyini bilmirsə, hə, bax o zaman xoşbəxtdir demək”.


Özünü qərblə şərq arasında qalmış hiss edən Çar dövrünün Rus intellektuallarını araşdırdığı "Əsilzadə yuvası” adlı romanı 1859-da yayımlanır. O ərəfədə anası da ölür və qalan torpaqlar kölələr arasında bölüşdürülərkən Turgenevə də bütün həyatını rahatca sürə biləcəyi miras qalır. Beləcə dünyəvi problemlərdən canı qurtaran yazar "Atalar və oğullar” əsəri üstündə işləməyə başlayır. 1862-də oxucularına qovuşan bu vacib əsər eyni zamanda nihilizmin ədəbiyyata yansıyan ilk örnəklərindən biri olacaqdı.


Romanın əsas obrazı Barazov nə keçmişin dəyərlərinə, nə soylulara, nə köklülərə, nə sevgiyə, nə yaşlılara hörmət edər. İnandıqalrını hər mühitdə açıq-aşkar dilə gətirməkdən çəkinməyən bu qorxusuz gənc günlərini elmi təcrübələrlə keçirir. Hər nə qədər yaxınındakılara güclü bir kişi olduğunu göstərsə də , inancsızlığının girdabında qıvrınan bu gənc adam öz həyatında xoşbəxtliyi heç cür tapa bilməz. Ən nəhayət, çarəni evinə qayıdıb bir kənd həkimi olan atasına kömək etməkdə tapar. Bu dəfə də ölən xəstələrdən birindən virusa yoluxar və gənc yaşında ölər.


"İnsan dünya üzərində var olan hər şey haqqında odlu-alovlu, coşqu ilə danışa bilər, amma sadəcə özü haqqında hirslə, acgözlüklə danışar”.


Gəncliyində kəndli qızlara hiss etdiyi diqqəti və bu münasibətlərdən doğulan qızını saymasaq, Turgenev heç evlənməyib. Uzun boyunun, cazibədar cüssəsinin arxasında səssiz, içinə qapanmış, çəkinən, həssas bir təbiət durur.


Yaşadığı dövrdə umduğu , layiq olduğu diqqəti görə bilməyib dünyadan küskün ayrılmaq, ancaq illər sonra sayğı və heyranlıqla anılmaq necə güclü sənətçi kimi İvan Sergeyeviç Turgenevin də taleyi olacaqmış.