adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Sentyabr 2018 12:32
13560
SAĞLAMLIQ
A- A+

Bu məhsulların Azərbaycana idxalına qadağa qoyuldu – SİYAHI

Ölkə başçısının 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən həyata keçirilir.

QTA-nın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Agentlik tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar


Sıra sayı

Məhsulun adı

İstehsalçı (firma və ölkə)

Müayinənin nəticəsi

1

SEDALİN FORTE

"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ

mənfi rəy

2

LARGOVIT KIDS

"Pharmaex Rom İndustry", Rumıniya

mənfi rəy

3

MAX POWDER WOMAN

"S.C Laboratoarele Medica S.R.L." Türkiyə

mənfi rəy

4

Lipocalin

"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ

mənfi rəy

5

DETRIVI

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə

mənfi rəy

6

CHONDROCHOL

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə

mənfi rəy

7

VITAZIM

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə

mənfi rəy

8

ORGENZYME

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə

mənfi rəy

9

VENOLAST

"Gricar Chemical S.R.L." İtaliya

mənfi rəy

10

Qrenofa

"Wallmark" Çex Respubilkası

mənfi rəy

11

Miks Nevro

"TİVİT" Litva

mənfi rəy

12

FERROFOL

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə

mənfi rəy

13

ASFERTİL N30

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti

mənfi rəy

14

SİTRATİN

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti

mənfi rəy

15

UROLİZİN

GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Şti

mənfi rəy