adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Sentyabr 2018 11:15
5322
GÜNDƏM
A- A+

Bakıda BMT-nin Yay məktəbinin rəsmi açılışı keçirilib

Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssəsində gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Yay məktəbi keçirilir.

Trend-in məlumatına görə, bu gün Yay məktəbinin rəsmi açılış mərasimi baş tutub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gəncliyinin inkişafında BMT İP-in rolunu vurğulayıb.

İ.Babayev 2018-ci ilin may ayından etibarən daha iki il müddətinə davam etdirilməsinə qərar verilən "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin əsas istiqamətlərinin Azərbaycan gəncliyinin inkişaf imkanlarının genişləndirilməsi üçün zəruri sahələri əhatə etdiyini qeyd edib.

Layihə çərçivəsində seçiləcək və elanı verilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə gənc səfirlər təşəbbüsünün əhəmiyyətindən bəhs edən nazir müavini, bu təşəbbüsün DİM-lərə nail olma istiqamətində gənclərin yaxından iştirakının təmin edilməsi üçün ən nümunəvi addımlardan biri olduğunu bildirib.

Üç gün müddətində davam edəcək Yay məktəbinin birinci günündə Azərbaycanın BMT modeli şəbəkəsinin və müxtəlif gənclər təşkilatlarının aktiv nümayəndələri layihə rəhbəri Məzahir Əfəndiyev tərəfindən keçiriləcək 17 DİM-lər haqqında təlimdə iştirak edəcəklər.