adalet.az header logo
  • Bakı 18°C
04 Sentyabr 2018 10:07
5647
GÜNDƏM
A- A+

Baş nazir Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik etdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazirNovruz Məmmədovimzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri;

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.