adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Sentyabr 2018 21:34
10869
ƏDƏBİYYAT
A- A+

Dəlixanada şeir konfransı

(hekayə)

Vahid MƏHƏRRƏMOV

İdris Kərimli neft mədənlərində işləyirdi. Mazut və qaz qoxuyan bu yerlərdə duruş gətirmək elə də asan deyildi. Quyuları təmir edəndə fəhlələrin üst-başı, sir-sifəti mazuta bulaşırdı. Qışın sərt soyuğunda da, yayın göydən od tökülən qızmar istisində də açıq havada işləyirdilər. İdris Kərimli dolanışığın xətrinə səbrini basıb çətinliklərə dözürdü. İki-üç ildən sonra fəhləlikdən canını qurtarmaq üçün hazırlaşıb neft texnikumuna daxil oldu. Diplomunu alandan bir neçə ay keçər-keçməz tryestin rəhbərliyi onu çalışdığı mədəndə usta vəzifəsinə təyin etdi. İndi paltarı əvvəlki vaxtlardakı kimi mazuta bulaşmadığından həyat yoldaşı Ruqiyyənin deyinmələrindən canı qurtarmış, qulaqlarına sakitlik çökmüşdü. 
Ustanın yaşı elə də çox deyildi. Amma ağır iş və daim beynində dolaşan boş-boş düşüncələri saçlarını erkən ağartmış və yarıya qədər tökmüşdü. İdris Kərimli xeyli keçəlləşsə də, cavanlıq görkəmini saxlamaq üçün başının arxasında olub-qalan tüklərini başının qabaq tərəfinə darayaraq başının ortasında süni saç abidəsi yaratmışdı. 
Səsi də xoşagələn deyildi, bir az kallıq vardı. Danışanda elə bilirdin səsi neft quyusundan gəlir. Gün ərzində qovluqla gəzər, onu qoltuğundan yerə qoymazdı. Divin canı şüşədə olan kimi, İdris Kərimlinin də canı üstündə gəzdirdiyi qovluğundaydı. İş-gücə can yandırmaqla da elə arası yox idi. Mədənin aralığında gəzər, cır-cır cırıldayıb ətrafa səs salan mancanaqlara tamaşa edərdi.
Ustanın poeziyaya da marağı vardı. Əllidən çox şeiri əzbər bilirdi. Ondan yaxşı tamada olardı. Elə yazıq özü də bunu istəyirdi. Düşünürdü ki, həm yaxşıca yeyib-içər, həm də beşdən-üçdən qazanıb cibinə qoyar. Dil gəl ki, səsi xoşagələn olmadığına görə heç kim məclisini idarə etməyi ona tapşırmırdı. Bilirdilər ki, kal səsi ilə zəvzəyib camaatın zəhləsini tökəcək. Amma buna o qədər də əhəmiyyət verməyən usta boş dayanmırdı. Kitablar oxuyur, yeni şeirlər əzbərləyirdi. Mədənin aralığında boğazına güc verib həmin şeirləri təkrarlayırdı ki, yadından heç yerə çıxmasın. Hərdən ilhama gəlib özü də cızma-qara edərdi. Neçə dəfə ən yaxşı hesab elədiyi şeirlərini redaksiyalara aparsa da zəif olduğuna görə çap etməmişdilər. Usta onların acığına nə ruhdan düşür, nə də qələmi yerə qoyurdu. Son vaxtlar özünə təxəllüs də götürmüşdü - İdris Ləpirli.
Usta qovluğunda şeir yazmaq üçün çoxlu kağız gəzdirirdi. Cuşa gələn kimi iş-gücünü atıb qələmə sarılırdı. İlham pərisi də İdris Ləpirlini harada gəldi yaxalayırdı. 
O bəzən mədənin ortasındaca çöməlib yazardı. Şeiri tamamlayınca xeyli əziyyət çəkərdi. Qafiyə və hecaların sayını hesablayınca onunku ona dəyirdi. Yazdığı şeirlər heç bir vəznə, heç bir ölçüyə uyğun gəlmirdi. Soruşanda deyirdi ki, mənim fikrim dərin və mənalı olduğundan bədii çərçivələrə sığmır.  
Usta nə şair kimi şair, nə də neftçi kimi neftçi idi. Təmir etdiyi quyular yazdığı şeirlərə, yazdığı şeirlər də təmir etdiyi quyulara oxşayırdı. İdris Ləpirli şairliyin daşını atıb işinin qulpundan möhkəm yapışsaydı, bəlkə də yaxşı neftçi olardı. Di gəl ki, usta bunların ikisindən də iki əlli yapışmışdı. Mənalı hesab elədiyi gic-gic düşüncələrini vərəqlərə köçürüb üst-üstə qalaqlayırdı. Təskinliyini yalnız onunla tapırdı ki, gələcək nəsillər onun yaradıcılığı ilə yaxından maraqlanıb əlyazmalarını gecə-gündüz axtaracaqlar. Buna görə də yazdıqlarını evdə gözə görünən yerə qoyurdu ki, tədqiqatçıları onu tapmaq üçün çox vaxt itirməsinlər. 
Özlərini poeziya həvəskarı kimi göstərən işçilər vaxtlarını öldürmək üçün tez-tez ustanın başına yığışıb ondan şeir istəyirdilər. Ləpirli də vəcdə gəlib şeirlərini oxuyardı. Ustalarına qulaq asan işçilər yerbəyerdən "Əladır, halal olsun, usta, lap qəşəng yazmısan" - deyirdilər. Belə "poeziya dəqiqələri" gün ərzində vərdişə çevrilmişdi. 
Ləpirli mədənin aralığında dolandıqca axıb beyninə dolan fikirləri misralara çevirir, misraları bir-birinə calayıb güc-bəla ilə bənd düzəldirdi. Bəzən işi uğurlu alınırdı, şeiri tez düzüb-qoşur, elə birnəfəsə yazırdı. Amma hərdən də ilham pərisi ürkə-ürkə yaxınlaşanda iş tərsə düşürdü. Buna görə də qanı qaralır, əsəbləri tarıma çəkilirdi. 
Belə olanda "Bəs bunun ardı nə olsun, eee nə?" - deyib özünə cavabını bilmədiyi sual verərdi. Ən çox da şeirini neftə, mədənə həsr edəndə qafiyə tapmağa çətinlik çəkirdi. Ləpirli yazırdı:   

Gecələr yatmayır mancanaqlar,   
Deyəsən, indicə əl-ələ tutacaqlar,
Bir yerdə lap göylərə uçacaqlar.g

Sonra nə qədər fikir dəryasına baş vursa da, fərli bir misra əlinə keçmirdi ki, bəndi tamamlayıb o birisinə adlasın. İri yumruğu asta-asta alnına dəysə də, xeyri olmurdu. Sonda da: "Bəs bunun ardı nə olsun, eee, nə?" - deyib hirslənərək özündən çıxırdı. Onun əsəbiləşdiyini görən ilham pərisi də qorxusundan ləngimədən qaçıb aradan çıxırdı. Hərdən də ilhamı güclü gələndə Ləpirli sevinə-sevinə yazırdı:

Qəşəng-qəşəng güllər olsun,
Ötüb-keçən illər olsun,
Qoy çağlayan sellər olsun...    

Bu misralardan sonra birdən-birə onun beyni həmqafiyə sözlərlə dolub-daşırdı. Fikirləri bir-birinə qarışanda basabas yaranırdı. Sözlərin bolluğunda boğula-boğula qalaraq, şeirin ardını necə yazmağı düşünürdü? Bəlkə "incə bellər" olsun, bəlkə "incə tellər" olsun, bəlkə "bərəkətli çöllər" olsun, bəlkə "dərin-dərin göllər" olsun, bəlkə "zərif-zərif güllər" olsun, bəlkə...g 
Xülasə, İdris Ləpirli qafiyə bolluğunun burulğanında boğulur, üzüb düşüncəsinin sahilinə çıxa bilmirdi. Axırda da "Bəs bunun ardı nə olsun eee, nə?" - deyib hirslənirdi. Belə olanda ilham pərisindən küsür, siqaret yandırıb damağına qoyaraq acgözlüklə sümürərdi. 
Ustanın özünə oxşar şair dostları da vardı. Onlar tez-tez çayxanaya yığışıb yeni şeirlərini oxuyardılar. Sonra bu onları, onlar da bunu tərifləyib göyün yeddinci qatına qaldırırdılar. Xoş sözlərdən, boş təriflərdən ruhlanan Ləpirli evə çatan kimi bir neçə vərəqi qaralayıb hayıf edirdi.
Bir gün usta yeni şeirlərini qovluğuna yığıb çayxanaya gəlmişdi. O gün həm maaş, həm də mükafat aldığından yüzbiri vururdu. Çayxana şairləri Mürsəl, Tofiq və Şərif orada yox idilər. Buna görə Ləpirlinin kefi bir az pozulub yüzbirdən aşağı düşdü. Çünki şeirlərinin mürəkkəbi qurumamış dostlarına oxuyub fikirlərini öyrənmək istəyirdi. Onları burada tapmasa da geri qayıtmadı. Bildi ki, harada olsalar əvvəl-axır sülənə-sülənə hərlənib çayxanaya gələcəklər. Bu ümidə söykənərək ayaq üstə çox qalmayıb boş masalardan birinin arxasında oturdu. Vaxt itirmədən çay sifariş verib siqaret yandırdı. Acı tüstüdə xəyallarının lap dərinliyinə qədər baş vurdu. Bir az keçmiş üç cavan oğlan yaxınlaşıb ondan yanındakı yerlərin boş olub-olmadığını soruşdular. Şair xəyallarından ildırım sürətilə geri dönüb "Buyurun oturun, yer sizə qurbandı" -  dedi. Təzə gələnlər boş stullarda oturub çayçını səslədilər. Ləpirli aralığa söz atıb onlarla tanış oldu. Öyrəndi ki, adları Samir, Piri və Şakirdir. Üçü də universitetdə oxuyur, tələbədirlər. Dediklərinə görə, poeziyaya da az-maz maraqları var. Onların ən dilli-dilavəri Piri idi. İdris Ləpirli də özünü təqdim edib şair olduğunu, gözəl şeirlər yazdığını çox poetik və lakonik şəkildə onlara söylədi. Sonra fürsəti fövtə verməyib şeir oxumaq istəyini dilə gətirəndə dil-boğaza qoymayan Piri tez dilləndi:
- Sizin kimi gözəl şairlə tanışlığımıza çox şad olduq. Oxu, şair, şeirlərini oxu görək nə yazmısan, necə yazmısan?
Ləpirli səliqə ilə qovluğuna baş vurub yenicə yazdığı şeirlərindən bir neçəsini asta-asta çıxardı. Sevindiyindən üz-gözünü xoşbəxtlik hissləri bürüdü. Bir tərəfi qırılıb əyilmiş eynəyini gözünə taxıb kal səsinə güc verdi. Tələbələr də ağıllı bir şey eşidəcəklərini zənn edib ona qulaq kəsildilər. Ləpirli gözlərini vərəqlərdən çəkmədən bir ucdan şeirlərini tok dəyirmanı kimi üyüdüb tökürdü. Onun cızma-qaraları, kal səsi cavanları tez bezdirdi. Tələbələr üz-gözlərini turşudur, başlarını bulayıb bir-birinə göz vurub, altdan-altdan qımışırdılar. 
İdris Ləpirli şeir oxumağını yalnız boğazı quruyanda dayandırdı. Gözlərini vərəqdən çəkib onlardan soruşdu:
- Hə, uşaqlar, necədi şeirlərim, xoşunuza gəldimi?
Usta sualı elə tonda verdi ki, tələbələr ona pis deyə bilməzdilər. Ona görə də hamısı bir ağızdan "Gözəldir, əladır, mənalıdır" - dedilər. 
Ləpirli qısa vaxt ərzində onun yaradıcılığını yüksək qiymətləndirən tələbələrlə dostlaşdı. Az iş deyildi ha, oxucularının sayı birdən-birə üç nəfər artmışdı. Ustanın onlarla belə görüşləri tez-tez olurdu. Hər dəfə də çayın xərcini özü çəkib "poeziya dəqiqələri" təşkil edirdi. Pulu çox olanda köhnə və təzə dostlarına qonaqlıq verər, uzun-uzadı tost deyib sağlıqlarına yüz-yüz də vurardı. 
Günlərin birində şair yenə də köhnə və təzə dostları ilə birgə möhkəm yeyib-içirdi. Kefi yuxarı olan Piri bir az da ciddi görkəm alaraq, üzünü şairə tutub dedi:
- İdris müəllim, siz gözəl şairsiniz. Amma xalqımız yaradıcılığınızdan xəbərsizdir. Bəlkə sizinlə oxucuların görüşünü təşkil edib mətbuat konfransı keçirək. Qoy millətimiz görsün ki, necə istedadlı şair oğlu var. 
Əşşi, bir ekrana çıxın, efirdə görünün, mətbuata üz tutun! Çoxlu jurnalist dostlarım var. Hamısını konfransa dəvət edərəm. Haqqınızda qəzetlərdə yazar, televizorda göstərərlər.
Eşitdiklərini yaxşı dərk etməyən Ləpirli gözünü döyə-döyə soruşdu:
- Piri bala, qadan alım, o mətbuat konfransıdır, nədir, mən orada neyniyəcəm, hı? Axı mən indiyəcən konfransda-zadda olmamışam. 
Piri gördü ki, şair bu günəcən ayağını mədəndən, çayxanadan qırağa qoymayan, dünyadan xəbərsizin biridir. Elə özünə qapılıb ağzına gələnləri yazıb, adını da şeir qoyur. Ona görə İdris kişini başa salmağa çalışdı:
- Şair, sən orada şeirlərini oxuyassan, jurnalistlərin suallarına cavab verəssən. Onlara həyatından, yaradıcılığından danışassan. 
- Belə başa düşdüm ki, ay Piri, bu, elə şeir konfransı olacaq də? 
- Hə, şair, düz deyirsən, şeir konfransı olacaq.
- Piri, qadan alım, onda gərək sən maa bir az vaxt verəsən ki, konfransa əməlli-başlıca hazırraşım. Üst-başıma əl gəzdirim, qalstukdan-zaddan da alıf  taxım. Ayıfdır axı, mən oxucularımın qarşısına bu görkəmdə çıxmayacağam ki? Yoxsa xalq elə fikirləşər ki, onun şair oğlu kasıf yaşıyır.
- Narahat olmayın şair, vaxt da pul deyil ki, tapılmaya, onu nə qədər istəsəniz sizə verərik. 
- Hə, bax bu lap əla oldu. 
Özünü dahi hesab edən İdris Ləpirli əziyyətlərə qatlaşıb başladı şeir konfransına hazırlaşmağa. Arvad-uşağın boğazından kəsib kostyum və qalstuk aldı. Ayaqqabısını da təzələdi, yerişini düzəltdi. Şair daha çox özünün dediyi kimi şeir konfransında nə cür ayağa qalxacağını, necə yeriyəcəyini, başını hansı vəziyyətdə tutacağı üzərində xeyli məşq elədi. Nitqindəki pinti və yöndəmsiz sözləri də seçib təmizlədi. Günlər keçdikcə özünün də özündən xoşu gəlməyə başladı. Baxıb gördü ki, maşallah əməlli-başlı bir adammış. Usta konfransa hazırlaşdığından çayxanada az görünürdü. Öz-özünə şeir deyə-deyə həm evdəkilərin, həm də işdəkilərin zəhləsini tökürdü. Yatanda da səhərə kimi sayaqlayıb arvad-uşağı çimir almağa qoymurdu. Ləpirli az vaxt ərzində özünü əməlli-başlı şeir konfransına hazırladı. Günlərin birində usta çayxanaya təzə kostyumunda gəldi. Konfransda nə cür yeriyəcəyini, başını və bədənini necə döndərəcəyini dostlarına da göstərdi. Şeir də demək istəyəndə Piri onu saxlayıb "Şair, enerjıni korlama, onu konfransa saxla. Orada jurnalistlər səndən çox şeylər soruşacaqlar" - dedi. 
19 yaşlı Yohan Kruiffi 1966-cı ildə Avropa futbolunun ən uğurlu "kəşfi" adlandırmışdılar. İcmalçılar onun Albert, Eysebio və Pele səviyyəli futbol ulduzu olacağını söyləmişdilər. Bu fikri deməyə onların əsası var idi. Gənc mərkəz hücumçusu "Ayaks" klubunda keçirdiyi ilk mövsümün birinci dövrəsində ən yaxşı bombardir oldu: 17 oyunda 20 qola imza atdı. Həmin il Avropa birinciliyinin Hollandiya - Macarıstan görüşündə də yığmanın heyətində ilk topunu rəqib qapısından keçirdi.
Arıq, cılız bədənli Yohan xarici görünüşündən əsla təhlükəli mərkəz hücumçusu təsiri bağışlamırdı. Onu yeni tipli hücumçu kimi qəbul etmişdilər. Yüngül, sürətlə qaçan, daim hərəkətdə olan, gözlənilməz ötürmələr edən Kruiff rəqib müdafiəçiləri arasında çaşqınlıq yaradırdı. Təkbətək mübarizədə də çox vaxt qalib çıxan cəsarətli futbolçu müxtəlif vəziyyətlərdən qapıçıların gözləmədiyi anda qapıya dəqiq zərbələr vurmağı bacarırdı.
1947-ci ildə doğulmuş Yohan Kruiff 12 yaşından "Ayaks" (Amsterdam) klubunun hazırlıq qrupunda oynamağa başlamış, sonralar klubun peşəkarlar heyətində 8 dəfə ölkə çempionu, 5 dəfə Hollandiya kubokunun, 3 dəfə Avropa çempionlar kubokunun sahibi olmuş, 1971, 1973 və 1974-cü illərdə "Qızıl top" mükafatını qazanmışdır. 1973-1978-ci illərdə "Barselona"da çıxış etmiş, bir dəfə İspaniya çempionu olmuş və bir dəfə İspaniya kubokunu almışdır.
Bundan sonra ABŞ-ın "Los Anceles Atsteks" və "Vaşinqton Diplomats", İspaniyanın "Levante" klublarında oynayan Kruiff sonra 1984-cü ildən məşqçilik fəaliyyətinə başlamışdır. "Ayaks" və "Barselona"da yüksək nəticələr əldə etməsinə baxmayaraq, 1996-cı ilin mayında İspaniya klubundan istefaya göndərilmişdir.
Hollandiya yığmasının heyətində 48 oyun keçirmiş və 34 qol vurmuşdur. Müşahidəçilərin fikrincə, 60-cı illərdə əyalət futbolu təsiri bağışlayan Hollandiya futbolu artıq 70-ci ildən başlayaraq həm Avropa, həm də dünyada böyük nüfuz qazanmışdı. Ölkənin qabaqcıl klublarının Avropamiqyaslı turnirlərdə uğurlu nəticələr əldə etməsi onları güclülər sırasına daxil etdi. 1971-1973-cü illərdə "Ayaks" klubunun üç il dalbadal Çempionlar kubokuna sahib çıxması sensasiya yaratmış olsa da, heç kim hollandların qələbəsinin təsadüfi olmasını dilinə gətirə bilməmişdi. Əksinə, bu qələbələri onlar arqumentlər və faktlarla izah və sübut etməyə çalışırdılar. İlk növbədə "zanbaqlar ölkəsinin" yetirdiyi bir qrup beynəlxalq səviyyəli usta futbolçular - Kruiff, Haan, Krol, Yansen, Neeskens, Rep, Surbiyer, Van Haneqem və digərlərinin nümayiş etdirdikləri "total futbol" termini ilə adlanan modern oyun üslubu oldu. Bu oyun üslubu komandanın hər bir üzvündən kollektiv müdafiə və kollektiv hücum taktikasının prinsiplərinə əməl etməyi tələb edirdi. Bu isə futbolçulardan dözümlü və cəsarətli olmağı, hər bir manevri və texniki fəndləri yüksək sürətlə yerinə yetirmək şərti qoyurdu. Saysız-hesabsız yerdəyişmələr, oyundaşının yerini sığortalamaq bacarığı, meydanın mərkəzini tam nəzarət altında saxlamaq və nəhayət, qapını müxtəlif istiqamətlərdən və vəziyyətlərdən atəşə tutmaq lazım gəlirdi. Bu əməliyyatlara rəhbərlik edən komandanın kapitanı Yohan Kruiff idi.
...1973-cü ildə üçüncü dəfə Çempionlar kubokunun finalına vəsiqə alan Amsterdam "Ayaks"ı Turin "Yuventus"u ilə qarşılaşdı. Şansların 80:20-yə "Yuventus"un xeyrinə olacağını söyləyən "İnter"in "kattenaçio" sisteminin müəllifi Elenio Errera Madriddə "Real" -"Ayaks" arasındakı yarımfinal oyununa baxdıqdan sonra belə qənaətə gəlmişdi. Onun əksinə olaraq "Real"ın məşqçisi Migel Munyos: ""Yuventus"un qələbəsini böyük sensasiya kimi qəbul etmək olar", - demişdi. Mütəxəssislərin əksəriyyəti isə "Ayaks"ın əlçatmaz olacağını proqnozlaşdırmışdı. Xatırladaq ki, finala çıxmaq yolunda Münhen "Bavariya"sına və Madrid "Real"ına qalib gələn Stefan Kovaçın yetirmələri azarkeşlərinə nikbin olmaq üçün daha çox əsas verirdi. Çünki onlar həm doğma şəhərdə, həm də özgə meydanında kəskin hücum futbolu göstərə bilirdilər. Komandalar mayın 30-da Yuqoslaviyanın paytaxtı Belqrad şəhərində, "Srevna Zvezda" stadionunda qarşılaşdılar. Stadiona toplaşmış 100 min tamaşaçıdan 45 mini italyan "tiffoziləri", 5 mini isə holland azarkeşləri idilər. Avropa, Afrika və Cənubi Amerikanın 400 milyon futbolsevəri həmin oyunu televiziya vasitəsilə izləmişdi. Finalda qarşılaşan klublar müxtəlif prinsiplərə istinad edirdilər: "Ayaks" total hücum, "Yuventus" total müdafiə. Görüş hücum futbolunun təntənəsilə başa çatdı. Oyunun 4-cü dəqiqəsində Conni Repin vurduğu qol "Ayaks"a üçüncü dəfə Çempionlar kubokunu qazandırdı. Yeni oyun üslubu dünya futboluna vəsiqə almış oldu. Bəziləri onu zamanın təbii axarı nəticəsində yarandığını, digərləri məşqçilərin müdrikliyi ilə əlaqələndirirdi. Çoxları isə bunu Kruiffin adı ilə bağlayırdılar. Futbolun inkişafında öz sözünü deyə bilmiş dünya şöhrətli hücumçu güclü oyunçu reytinqindən də yüksəkdə dururdu. Məşhur futbol məşqçisi Boris Arkadyev (o, 1961-62-ci illərdə "Neftçi"nin baş məşqçisi olub) bu haqda belə yazmışdı: "Oyun sistemi futbolçuların və məşqçilərin kollektiv yaradıcılığının məhsuludur. Adətən futbolçular başlayır, məşqçilər isə sona çatdırırlar".
 "Uçan hollandlar" adını qazanmış "zanbağlar ölkəsinin" futbolçuları hansı keyfiyyətləri ilə başqalarından fərqlənirdilər? Hər şeydən əvvəl onlar meydanda ampluasından və vəzifəsindən asılı olmayaraq, universal keyfiyyətlər nümayiş etdirərək komandanın bütün xətləri ilə əlaqə yaradırdılar. Başda kapitan Kruiff olmaqla komandanın bütün üzvləri oyunun hər bir epizodunda fəal iştirak edirdi. Pauzaya və kənardan oyunu seyr etməyə heç kimin cürəti çatmırdı. Hamı yaxın rəqibi ilə mübarizə aparır, manevrlərdə iştirak etməklə bərabər, müəyyən bir zonanı da nəzarət altında saxlayırdı. "Ayaks" klubunun tətbiq etdiyi "total futbol" Hollandiya yığmasında da özünü göstərirdi.
Yetmişinci illərdə modern kimi qəbul olunan "total futbol" heç də bütün komandalarda tətbiq olunmurdu. Onu hərtərəfli öyrənirdilər və ona alışmağa çalışırdılar. Bu mənada 1974-cü ildə Almaniyada keçirilən X dünya birinciliyi təzə oyun üslubuna tam aydınlıq gətirdi. İlk növbədə Yohan Kruiffin oyunu hamının diqqət mərkəzində idi. 27 yaşına çatmış futbol ulduzu o zaman varlı "Barselona" klubunun heyətində oynayırdı. Gənclik yaşının çılğınlığı, tükənməz enerjisi və qələbə əzmi onun canında və qanında idi. Bu, Kruiffə təbiətdən verilən vergi idi. Oynadığı futbol, demək olar, onun taleyi, alın yazısı idi. Yetkinləşmiş və kamil usta olmuş Kruiff oyundan zövq və sevinc qazanan gənc futbolçu kimi yorulmadan meydan boyu hərəkət edir, onu təqib edən rəqibləri məharətlə aldadaraq keçir və komandanın zəhmətini dəyərləndirə bilirdi. Belə usta özünü xoşbəxt saya bilərdi.
Həmin çempionatın yarımfinalında Braziliya yığmasına qarşı oyununu xatırlasaq, hər şey bizə aydın olar. Bu oyunda "uçan hollandiyalı"nı meydanın müxtəlif yerində görmək olardı. Bəzən o, öz müdafiəçilərinin arxasına keçərək rəqib komandanın hücumçularının qarşısını alır, sonra isə əsl kapitan kimi öz komandasının əkshücumunu təşkil edirdi. O, yalnız hamıya məsləhət verməklə kifayətlənmir, eyni zamanda özü də bütün əməliyyatlarda iştirak edirdi. Şəxsi nümunəsi ilə komandanın bütün üzvlərini fasiləsiz işləməyə məcbur edirdi. Həm hücum, həm müdafiə, həm də rəqibi təslim edib, topu ondan almaq vəzifəsi hər bir holland futbolçusunun borcu idi. Əvvəlki taktiki sxemlərdən fərqli olaraq, onların arasında heç bir əmək bölgüsü aparılmırdı. Braziliyalılara təkcə hərəkət və sürətlə qalib gəlmək olmazdı. Bundan əlavə, onlar razılaşa bilməzdilər ki, rəqib texnikada üstünlüyü ələ alsın. Həmin oyunun canlı şahidi olan tanınmış şərhçi Lev Filatov yazmışdı: "Kimdir burada braziliyalılar?!". Futbol sehrbazlarına texnikada üstün gəlmək total futbolun qələbə şansını reallığa çevirdi. Kruiff bu oyunda istedadını tam parlaqlığı ilə nümayiş etdirdi. "Uçan hollandlar" 2:0 hesabı ilə qalib gəldilər. Vurulan qollar bir-birinə çox bənzəyirdi: cinahdan hücum və mərkəzə ötürülən topa zərbə avropalılara qələbə qazandırdı.
Birinci epizodda Kruiff-Neeskens, ikincidə Krol-Kruiff paslaşması qolla nəticələndi. Hər iki rolu Kruiff məharətlə ifa etdi. Oyunu seyr edən qərəzsiz tamaşaçı Hollandiya yığmasının dünyanın futbol tacına sahib olmayacağını söyləyə bilməzdi.
İyulun 7-də Münhenin Olimpiya stadionunda 75 min tamaşaçının izlədiyi final matçı keçirildi. Oyunun 2-ci dəqiqəsində qətiyyətli hakim kimi tanınan ingiltərəli Con Teylor meydan sahiblərinin qapısına 11 metrlik zərbə təyin etdi və Neeskens dəqiq zərbə ilə hesabı açdı. 25-ci dəqiqədə isə Hollandiya millisi cəzalandırıldı. Bu dəfə almanların müdafiəçisi Paul Braytnerin 11 metrlik zərbəsi hesabda bərabərlik yaratdı. Fasiləyə iki dəqiqə qalmış Gerd Müller qələbə topunu vurdu: almanlar 2:1 hesabı ilə qalib gəldilər. Burada, necə deyərlər, daş qayaya rast gəlmişdi. Heyətində Mayer, Bekkenbauer, Müller, Foqts, Braytner və Bonxof kimi ulduzları olan Almaniya yığması çox güclü və monolit kollektiv təsiri bağışlayırdı. Qeyd etmək lazımdır ki, AFR millisi vaxtında tendensiyanı nəzərə alıb, komandanın oyununu total futbolun tələblərinə uyğun olaraq bəzi dəyişiklikləri həyata keçirə bilmişdi. Mütəxəssislərin fikrincə, ən yaxşı oyun səviyyəsini finaladək göstərmiş olan hollandlar həlledici matça bir qədər qələbəyə arxayın çıxmışdılar. AFR yığması isə dünya çempionatları tarixində ən yaxşı oyununu məhz final matçında göstərdi.
X dünya çempionatında bir məsələ hamıya qaranlıq qaldı. O da Yohan Kruiffin final görüşündə öz oyununu tapa bilməməsi oldu. Bunun səbəbini heç kim izah edə bilməmişdi. İyulun 7-də Münhen stadionunda keçirilən final matçı Kruiffin oyunu kimi yadda qalmadı.
Üç dəfə Dünya Kubokunun final görüşlərinin iştirakçısı olan Pele təkcə qalib kimi yox, həm də qəhrəman kimi xatirələrdə yaşayır. Görünür, Kruiffə Pele orbitinə çıxmaq qismət deyilmiş. Lev Filatov yazırdı: - "Onun dünya futbolu qarşısındakı xidmətləri inkarolunmazdır. Əgər dahi braziliyalı hər zaman hamıya nümunə ola biləcək mahir futbolçu kimi yaşayacaqsa, Kruiff futbol oyununda kəhkəşan ulduzu kimi təzə yol açdı. Müasir futbol adlandırdığımız oyunda Kruiffin, "Ayaks"ın və Hollandiya yığmasının dəsti-xətti özünü göstərməkdədir".
1974-cü ildə ilk dəfə, X dünya birinciliyində jurnalist sorğusuna əsasən, çempionatın ən yaxşı oyunçusu müəyyənləşdirildi. Hollandların kapitanı Yohan Kruiff 372 səs alaraq birinci yeri tutdu. 278 səs toplayan Frants Bekkenbauer (AFR) ikinci, polyak Kazimej Deyna (175 səs) isə üçüncü oldu.
Qeyd edək ki, əsrin sonunda mütəxəssislər arasında keçirilən səsvermə nəticəsində Yohan Kruiff XX əsrin yığma komandasında dünyanın ən güclü 11 futbolçusu sırasında öz yerini tuta bildi.

Həsən Tağıyev