Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Qanunsuz silahlı birləşmələrdə döyüşən azərbaycanlıların əksəriyyəti orta təhsillidir Adalet.az | Qanunsuz silahlı birləşmələrdə döyüşən azərbaycanlıların əksəriyyəti orta təhsillidir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Qanunsuz silahlı birləşmələrdə döyüşən azərbaycanlıların əksəriyyəti orta təhsillidir

11808    |   2018-09-03 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cinayət işlərinin təhlil edilməsi nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edənlərin hamısı radikal dini təriqətin nümayəndələridir.

Baş Prokurorluğun İdarə rəisinin müavini Rauf Məmmədov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti işsizdir, demək olar ki, hamısı orta təhsillidir: "Bu şəxslərin əksəriyyətinin təvəllüdü 1980-1990-cı illəri əhatə edir. 1993-94-cü illərdən başlayaraq, xarici dövlətlərdən xüsusi xidmət orqanlarının nəzarəti altında mədrəsələrdə təhsil almış şəxslər respublikada qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yardımlar paylamaqla, dövlət nəzarətindən kənar məscidlər tikməklə bu kimi hadisələrin təməlini qoyublar.

Radikal cərəyanların Azərbaycanda yayılması məqsədilə müxtəlif dövlətlər çox vaxt xeyriyyə fəaliyyəti adı altında əhalinin kasıb təbəqəsi arasında təbliğat işləri aparırlar. Məsələn, yerli gənclərə həmin ölkələrdə pulsuz təhsil almaq təklif edilir. Bu ölkələrdə dini təhsil almış məzunlar isə Azərbaycan üçün qeyri-ənənəvi olan baxışlarla ölkəyə qayıdıblar və nəticədə zərərli dini təriqətin qəbul edilməsinə nail olublar".

R.Məmmədov bildirib ki, xaricdə dini təhsil almış şəxslər Azərbaycanda dini təbliğ edə bilməzlər: "Artıq Azərbaycanda dini təhsil almaq üçün çox münbit şərait yaradılıb. Müstəqilliyimizin ilk illərində bəzi vətəndaşlarımız dini təhsil almaq üçün xaricə gedib, orada yad dini təsirlərin altına düşürdülər. Azərbaycana gəldikdən sonra isə orada aldıqları dini təhsillərini zərərli təbliğat vasitəsi kimi istifadə edirdilər. Artıq mövcud qanunvericilikdə buna görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur".

R.Məmmədov əlavə edib ki, artıq dini mağazalarda xaricdə qadağan olunmuş, zərərli təbliğat vasitələri olan dini ədəbiyyatları yaymaq və satmaq da cinayət məsuliyyəti yaradır.(modern.az)



İmza:

Sumqayıtda idmançını qətlə yetirən ata-oğulun məhkəməsi başladı

Fədayə Laçının məhkəməsi təxirə düşdü - Vəkil gəlmədi

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır

General Eldar Mahmudovun istintaqa ifadəsi

Fədayə Laçın: “Mən həyatda çox talesiz qadın olmuşam”

Əli Əliyevin ölümü üzrə iş yenidən məhkəmədə

Ramin Hacılının həbs müddəti yenidən uzadıldı

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü - SƏBƏB?

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdi, sonra onu "qanına boyadılar"

Əli Kərimli cərimələnərək sərbəst buraxılıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK