DQiDK görüz- müzavirə keçirəcək

AQİL ABBAS
32802 | 2006-08-25 22:18
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,Qurum avqustun 28-də dini icma nümayəndələri ilə geniş görüş-müşavirə keçirəcək. Görüşə ölkədə fəaliyyət göstərən dini icmalar, axundlar və din xadimləri, həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvləri dəvət olunublar.
   
   Tədbirdə məqsəd dini icmaların və din xadimlərinin qarşılaşdıqları problem və çətinliklərlə tanış olmaq, ölkədəki dini qurumlarla bağlı onların fikirlərini və təkliflərini öyrənməkdir. Görüşdə dini qurumlarla DQİDK arasında əlaqələrin gücləndirilməsi və daha da inkişaf etdirilməsi, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması diqqət mərkəzində olacaq.
   
   
   
   

TƏQVİM / ARXİV