adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Sentyabr 2018 15:58
10228
ƏDƏBİYYAT
A- A+

Anasının sərt nizam-intizamı altında yetişən yazıçı Turgenev

Ah gənclik, gənclik! Heç vecinə almadan gedirsən öz yolunla – dünyanın bütün xəzinələri səninmiş kimi, kədər belə səni ümidləndirir, hüzn belə alınına çox gözəl yapışır. Özündən razı və həyasızsan, sadəcə mən canlıyam, baxın! – deyirsən. Öz günlərin sürətlə uçub heç bir iz buraxmadan yox olur və içindəki hər şey Günəşin altında əriyib gedərkən belə qar kimi, şam kimi. Və bəlkə də sənin sehrinin bütün sirri istədiyin hər şeyi edə bilmək gücündə deyil, edə bilməyəcəyin heç bir şey olmadığını düşünmə gücündə gizlənib. (İLK EŞQ)

On ikinci yüz illikdə "Russkaya Pravda” (ilk Rus qanunnaməsi) ölkədə köləlik sisteminin quruluşunu elan edir. O tarixdən etibarən bir növ əsir statusunda yaşayan kölələrin torpaq sahiblərinə qulluğu düz yeddi əsir sürəcəkdi. On doqquzuncu yüz illiyə gələndə o zamankı Rus İmperatorluğunun torpaqlarında yaşayan qırx milyon kəndlinin yarısını təşkil edən kölələr, torpağın, mülkün bir parçası olaraq doğmaqda və dərəbəyliklər arasında alınıb stılmaqda idi.

On yeddinci yüz illiyin əvvəllərində tacə əlinə keçirən Romanov xanədanı uzun müddət bu sistemin qoruyucusu oldu. Ən sonda Çar II Aleksandr 1861-də köləlik sisteminə son verəcək, əlli il sonra bu dəfə də nəvəsi II Nikolay Bolşevik inqilabı ilə birlikdə ayağa qalxan kəndlilər tərəfindən Yekaterinburq şəhərində, o bəxtsiz 17 sentyabr 1917-ci ildə ailəsi ilə birlikdə güllə baran olunacaqdı.

"Heç bir şey çox gec gələn bir xoşbəxtlikdən daha pis ola bilməz, daha çox incitməz adamı. Sənə verəcəyi bir dad qalmadığı kimi, səni ən dəyərli haqqından, öz taleyinə küfr etmək və lənət oxumaq zövqündən də məhrum edər”.

1818-ci ilin payızında Moskvanın cənubundakı Orlovskaya bölgəsinin Oleq kəndində bir oğlan uşağı doğular. Adını İvan qoyarlar. Polkovnik olan atası Sergey Nikolayeviç Turgenev, İvan 16 yaşında olarkən dünyasını dəyişər. Qardaşı Nikolay və İvan çox sayda kölə çalışdıran bir ananın sərt nizam-intizamı altında yetişəcəkdi. Varlı bir ailənin uşağı olaraq evdə təhsil alan İvan çevrəsindəki yaşıdlarından fərqli bir həyat sürdüyünün fərqindədir. Bu həyat tərzi, təzyiqlər, sahib olduqları torpaqlarda yaşayan kölələrin məkdiyi sıxıntılar bu gəncin irəlidəki illərdə qələmə alacağı əsərlərə ilham mənbəyi olacaqdı.

Yüksək təhsil üçün ilk öncə Moskvaya, oradan da Sankt Peterburqa gedən İvan Rus dili və ədəbiyyatı təhsilini öz ölkəsində tamamladıqdan sonra Almaniyaya gedər və 1838-41 illərdə Berlin universitetində fəlsəfə üzrə təhsil alar. Bu müddətdə ən çox Hegelin fikirlərinə yaxınlıq hiss edən gənc adam daha sonra Peterburqa qayıdıb iki ilə kimi bir dövlət qurumunda çalışar.

"Əgər hər şeyin əminliklə hər şeyin hazır olduğu anı gözləsək, heç bir zaman heç bir şeyə başlaya bilmərik”.

İvan Fransada tanış olduğu Qustav Flobertlə dostlaşacaq, birlikdə müzakirə etdikləri mövzuların, paylaşdıqları prinsiplərin aydınlatdığı yolda irəliləyən gənc yazar daha sonrakı illərdə gerçəklik axının qabaqcıllarından biri olacaqdı. Əsərlərində o dövrün yaşantısına gerçək bir prizmadan baxıb detallı bir üslübda oxucularına ötürməsi səbəbilə Turgenev xüsusi bir yerə sahibdir. Yazar bu bacarığını bir az da öz sinfindən olmayan kölələrə, kəndlilərə və digər yoxsullarla qura bildiyi empatiyaya borcludur.

İvan ilk olaraq "Lüzumsuz bir adamın gündəliyi” adını verdiyi bir novellası ilə, ölümündən bir neçə gün öncə fikrindən keçənləri qeyd dəftərinə yazan bir yazarın hekayəsini danışaraq yaxın çevrəsinə özünü tanıtdırar. (1859) Şöhrətini isə "Bir ovçunun qeydləri” ilə qazanar. İvan gənclik illərindəxüsusi təhsilindən geri qaldığı zamanları ovçuluqla keçirib. Cangüdənli bir malikanəsindən çıxıb kəndlilərlə, kölələrlə, tacirlərlə tanış olması, onların dilini başa düşüb həyat tərzlərini yaxından müşahidə etməsi yazıçılıq həyatında ona bir xüsusilik bəxş eləmişdi. Turgenev nəticədə Rusiyadakı sistemin, dərəbəyliklərin, torpaq ağalarının zülmünü, adil olmaya bu sistemin əzilmişləri olan kölələri, onların yoxsul və biçarə həyatlarını qələmə alan bir intellektual olaraq yada düşəcəkdi.


ardı var...