adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Sentyabr 2018 15:52
16079
İDMAN
A- A+

İntihar edən futbolçunun dramatik həyat hekayəti

"Nacional” komandasının ulduzu Abdon Porte, əsas heyətdən uzaq düşdüyü üçün komandanın oynadığı meydanın mərkəzində silahla ürəyinə nişan alıb intihar etmişdir. Bu dramatik hekayəni Adalet.az sizlərə təqdim edir.


Qısa arayış

1893-cü ildə Uruqvayın Montevideo şəhərində dünyaya göz açan Porte, futbol kariyerasına "Colon”da başlayıb qısa müddətdə göstərdiyi performansla "Libertad” klubuna transfer olmağı bacarır. Daha sonra Porte, uşaqikən xəyalını qurduğu komandaya yəni Montevideo şəhərinin ən böyük komandasına "Nacional”a transfer olur. 

İlk illərdə "Nacional”da müdafiçəçi kimi oynayan Porte, digər oyunlarda yarım müdafiəçi kimi oynamağa başlayır. Çox keçmir, komandasının liderinə çevrilir. Ardınca isə çempionluqlar, uğurlar, kuboklar bir-birini əvəzləyir. Həmin illərdə Porte komandasının vaz keçilməzi olur. Porte, bu performansı milli komandaya da daşıyır və 1916-ci ildə Argentinanın ev sahibliyi etdiyi Copa Amerikayı da qazanaraq Uruqvay milli komandası ilə çempionluq yaşayır. Tezliklə ölkəsində tanınmış adamlardan biri olur. 


Əzab

1918-ci ildə "Nacional” komandası heyətdə ciddi dəyişiklər edir və klubu gəncləşdirmə qərarı alınır. Bu dönəmdə Porte mövqeyini Alfredo Zibechiyə qapdırır və 1916-1918 ilinə qədər "Nacional”da çox zəif təsir bağışlayır. Bu zəif performansıyla azarkeşlərin ciddi etirazlarına məruz qalır. Hər matçda fitə basılan, təhqir olunan Portenin artıq vəziyyəti yaxşı deyildi. Sevdiyi komandasına ziyandan başqa heç nə verə bilmirdi. Buna görə çox əzab çəkirdi. Psixoloji problemləri baş qaldırmışdı. 

"Nacional” komandasının ənənələrinə görə, hər qələbənin ardından futbolçular klub binasında görüşür və əyləncələr təşkil edilərdi. Yenə belə bir qələbənin ardından klub binasında toplanan futbolçular Porte xaric əylənməyə davam edirlərdi. Porte isə o sırada ən yaxın dostu Çarlinin yanına gedib onunla vidalaşmışdı və bütün futbolçuların klub binasından ayrılmasından sonra tək başına stadiona üz tutmuşdu. Tənha, kədərli, məğlub, məyus halda...

Klubun stadionuna gizlicə gələn Porte meydanın düz mərkəzində silahla ürəyinə nişan alaraq intihar etmişdi. Silahın tətiyini çəkərkən, digər əlində 2 məktubda vardı. Porte aşiq olduğu komandasına cəsədiylə vida etmişdi. Kimsə görmədən, boş tribunlarda, səssiz-səmirsiz ölümün üstünə gedirdi...


İntihar

Səhər stadyonun qarovulçusu meydanda uzanmış bir adam görür. Düşünür ki, bu adam yatır. Ancaq yanına yaxınlaşanda gözlərinə inana bilmir. Bu "Nacional” komandasının ulduzu Abdon Portenin özü idi. Bir əlində silah, digər əlində isə iki məktubla ölü formada yatdığını görür. Olanlar azarkeşlər üçün gözlənilməz idi. Porte üçün isə hər şey çoxdan bitmişdi. Bircə adamların bundan xəbəri yox idi. Onlar əylənir, üzülür, sevinir, düşünürdü, amma Porte bir şeyi düşünmüşdü – o da ölmək.

İlk məktubunda çox sevdiyi klubuna belə vida edirdi: "Bu ayrılıq mənim üçün çətindi amma etmək məcburiyyətindəyəm. Artıq yük olduğumu hiss etdiyim bu kluba vida edirəm. Ailəm və tək eşqim "Nacional” komandası bundan sonra sizə əmanət.”

İkinci məktubda isə Porte ailəsinə belə yazırdı: "Ailəm sizləri çox sevirəm, ən az "Nacional” formam qədər çox sevirəm. Mənim gözəl sevgilim səni daim sevdim və əsla unutmayacam.” – deyərək sözlərinə son verir.

Yaşanan bu dramatik hadisədən sonra "Grand Parque Cenrtal” stadionunda qapı arxası tribunanın adı "Porte tribunası” olur.