adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Sentyabr 2018 15:00
15838
ELM VƏ TƏHSİL
A- A+

Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş təşkil etdi

Bu il ali məktəblərə yüksək ballarla qəbul faizi ötən illərlə nisbətdə artdı. Bu artım qəbul imtahanlarında 700 bal toplayanlarla müqayisədə özünü daha qabarıq göstərdi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları bu yüksək nəaliyyətlərinə görə təbrik edir.

Sentyabrın 1-də belə bir görüş Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirildi. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Fondun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərərən jurnalistlər "dəyirmi masa” ətrafına toplaşdılar.

Fondun yerli nümayəndəsi görüşü açaraq, təmsil etdiyi qurumun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışdı, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və effektivliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırdı. Bildirdi ki, Fond gənclərlə əlaqələrinin daha sıx müstəvidə qurulmasının vacibliyini əsas götürərərək, dərnəklər və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb.

Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətşisi Elnur Bağırıov rayon rəhbərliyinin təhsilin inkişafı istiqmətində dövlət səviyyəsində həyata keçirilən islahatlara yaxından dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı. Fondla yerli İcra Hakimiyyəti arasında geniş əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin bu il ali məktəblərə qəbul olma səviyyəsinin statistikasını açıqladı.

Əməkdar müəllim Seyran Səfərov nəinki Neftçala rayonunun, bütün ölkənin yüksək bal toplayan tələbələrlə fəxr etdiyini dedi. Qeyd etdi ki, rayonun yüksək balla ali məktəbə qəbul olan məzunları orta məktəbədə oxuduqları illərdə artıq özləri barələrində müsbət fikir formalaşdırmışdılar. Gələcəyin daha da işıqlı olacağına əminliyini bildirən S.Səfərov savadlı mütəxəssilərin yetişməsində dövlət qayğısının kifayət qədər böyük olduğunu dedi və ictimaiyyəti indiki nəslə güvənməyə çağırdı.

Tədbirdə Bilik Fondunun mətbuat katibi, jurnalistika üzrə "Tərəqqi” mükafatına layiq görülmüş Ceyhun Musaoğlu "Seçdiyiniz peşəni sevin” mövzusunda hazırladığı məruzəsinə başlamazdan öncə valideynləri və müəlimləri təbrik etdi. Bildirdi ki, hər üç tərəfin – şagird, valideyin və müəllimin sağlam əqidə ətarfında birliyi mütləq yüksək nəticə verməliydi.

C.Musaoğlu "Seçdiyiniz peşəni sevin” mövzusundakı çıxışında bilikli və bacarıqlı mütəxəssisə çevrilməyin vacibliyindən və bu mərtəbəyə yüksəlməyin yollarından danışdı. Onun sözlərinə görə, universitet illərində hər dəqiqənin qədrini bilmək, vaxtı boşa sərf etməmək, bu günün işini sabaha qoymamaq, keçilən dərsi həmin gün öyrənmək, ixtisasın özəlliklərinə dərindən bələd olmaq peşəkar mütəxəssis olmağa aparan yolun başlanğıcıdır.

Bilik Fondunun fəaliyyətindən söz açan mətbuat katibi tələbələrin təmsil olunduqları "Gənc jurnalistlər”, "Tariximizi öyrənək və öyrədək”, bu yaxınlarda fəaliyyətə başlayacaq "Diplomatlar”, "Kinoklub” və bu görüşün davamı olaraq, hazırlanacaq "İntellekt” klublarının mahiyyəti barədə fikirlərni açıqladı. O, tələbələrin diqqətinə çatdırdı ki, "İntellekt” klubunda xüsusən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr təmsil olunacaqlar, klub onların daha mükəmməl təsil almaları, dövlətə, Vətənə, cəmiyyətə layiqli vətəndaş kimi formalaşmaları naminə fəaliyyət göstərəcək, müxtəlif səpkili layihələrlə qarşıya qoyulan məqsədə çatmağa səy göstəriləcək.
Natiq cənab Prezident İlham Əiyevin "Gələcək gənclərindir” fikrinə istinad edərək, indiki nəaliyyətlərinin qarşılığnda bu gələcəyin həqiqətən gözəl olacağına hər bir azərbaycanlının inandığını söylədi və tələbələri bu inamın möhkəmlənməsində Bilik Fondunun fəaliyyətinə güvənməyə dəvət etdi.
"Dəyirmi masa”da orta məktəbi qızıl medalla bitirən məzunlar – rayon Xıllı Qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Raya Səfərova, Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sevil Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Rəsul Əliyev ürək sözlərini dilə gətirdilər. Onlar ölkə və rayon rəhbərliyinə, müəllimlərə, valideynlərə çəkdikləri əziyyətə görə dərin minnətdarılıqlarını bildirdlər, belə görüşlərin mütəmadi olmasını arzuladıqlarını söylədilər. Söz verdilər ki, gələcəkdə Vətənin onlara inamını tam doğruldacaqlar.

Sonda Heydər Əliyev Muzeyində ekskursiya təşkil olundu, tələbələr Fondun nümayəndəsi ilə birlikdə Ulu öndər Heydər Əliyev haqqında hazırlanan şəkil-ekspozisiyası ilə tanış oldular, Ümummilli liderin keçdiyi şərəfli ömür yolu barədə geniş bilgilər əldə etdilər.