adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2018 14:59
11799
ELM VƏ TƏHSİL
A- A+

Dərsliklərin paylanılmasına başlanılıb

Bu gündən başlayaraq, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.

Təhsil Nazirliyindən Adalet.az-a verlən məlumata görə, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.