adalet.az header logo
  • Bakı 16°C
03 Sentyabr 2018 14:56
10148
KRİMİNAL
A- A+

Salyanda qonşusunu öldürən şəxs tutulub

Salyanda qonşusunu öldürən şəxs tutulub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.

Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan "İJ-58” markalı tüfəng götürülüb.