adalet.az header logo
  • Bakı 12°C
03 Sentyabr 2018 11:26
10836
SİYASƏT
A- A+

Milli Məclisin təntənəli iclası olacaq - Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.

Adalet.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.

A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.