adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Sentyabr 2018 11:09
8136
MƏMLƏKƏT
A- A+

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib.

www.eservices.dim.gov.az/erizetex/ixtisas2internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.