adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Sentyabr 2018 11:08
6394
MƏMLƏKƏT
A- A+

Neftçilər prospektində hərəkət məhdudlaşdırılır

Neftçilər prospektində nəqliyyat avsitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, məhdudlaşdırma Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədardır:

"Bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.