adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Sentyabr 2018 11:02
12676
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: BU QİSMƏTƏ DƏ ŞÜKÜR...

Bu günümün yaşam payın
Ələdim, üzdə qəm qaldı...
Mən əvvəldən düzdə idim -
Mənimlə düz də qəm qaldı...

İşim anı sarımaqdı...
O da anın sarı vaxtı!
An da mənə sarı baxdı -
Hesabımızda kəm qaldı...

Kim isə bir təklif etdi
Anım qəfil sona yetdi...
Sevinc "Hələlik" lə getdi -
Qəm də mənimlə dəm qaldı...

Məni anla ömrüm, günüm
Yorğun düşdü ahım , ünüm...
Ovcumda soyumuş külüm -
Yanağımda Zəm-zəm qaldı...