adalet.az header logo
  • Bakı 17°C
02 Sentyabr 2018 13:13
23650
ŞOU-BİZNES
A- A+

Afaq Aslana ad günündə evlilik təklifini kim etdi?

Cazibədar mügənni Afaq Aslanın dogum günü unudulmaz anlarla yadda qalıb.

Kult.azxəbər verir ki, ad günündə sevdiyi insan tərəfindən evlilik təklifi Afaq Aslan sevincinin həddi-hüdudu olmadığını və sevdiyi insanla bərabər toy hazırlıqlarına başladığını bildirib.

Afaq Aslan sevdiyi insanın kimliyi məsələsinə isə aydınlıq gətirməyib.

Qeyd edək ki, Afaq Aslanın qanuni oğru Lotu Quli (Nadir Səlifov) ilə sevgili olması barədə xəbərlərin ardı-arası kəsilmir. Mediaya açıqlamasında şəxsi həyatını gizli saxlamaq haqqı olduğunu bildirən Afaq Aslan demişdi ki, şəxsi həyatı ilə göz önündə olmaq istəmir:

"Əgər sevdiyim insanın adını gizli saxlayıramsa, bu o demək deyil ki, kefi istəyən adımı hallandıra bilər. Adımın ailəli şəxslərlə hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır və mən də gənc xanımam, sevib-sevilmək və ailə qurmaq hər bir gənc kimi, mənim də haqqımdır”.