adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2013 10:42
69161
AVTOMABİL
A- A+

Honda-dan iki yenilik - FOTO

Yeniliklərdən biri "Acura” brendi ilə satılacaq krossoverdir. O biri avtomobil isə - konseptual miniven "Honda”-dır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, yeniliklər haqqında heç bir rəsmi məlumat yoxdur. Krossover "Acura” kompakt ölçülərlə fərqlənəcək və "BMW X1”, "Audi Q3” və gələcək "Mercedes-Benz GLA” kimi modellərlə mübarizə aparacaq. Yeri gəlmişkən bu model markanın sırasında ən ucuz modellərdən biri olmalıdır.

Minivenə gəldikdə isə, yəqin ki, söhbət "Honda Odyssey”-in çin versiyasından gedir. Xatırladaq ki, Nyu-Yorkda bu avtomobil seriya avtomobilində ilk dəfə peyda olan içinə qurulmuş tozsoranla hamını təəccübləndirmişdi.

Bütün örtüklər artıq aprelin 20-də açılacaq – məhz bu vaxt Şanxay avtomobil sərgisi öz qapılarını açacaq.