adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Sentyabr 2018 12:26
8871
SİYASƏT
A- A+

ABŞ Pakistana 300 milyon dollarlıq yardımı ayırmaqdan imtina etdi

Birləşmiş Ştatlar Pakistana ayrılmalı olan 300 milyon dollarlıq yardımdan tamamilə imtina edib.

Report TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ınMüdafiə Nazirliyinin rəsmi nümayəndəsi Koun Folkner "Reuters"ə deyib.

Söhbət ilkin olaraq anti-terror əməliyyatları öncəsi Pakistana yardım üçün nəzərdə tutulan vəsaitlərdən gedir. Lakin bu, ABŞ prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ilə bağlı yeni strategiyasının elan olunmasından sonra dondurulub. Həmin zaman ABŞ administrasiyası İslamabad tərəfindən yaraqlılarla mübarizəyə sadiqlik nümayiş etdirən inandırıcı addımlar görənə qədər təqribən 900 milyon dolların dondurulduğu qeyd olunmuşdu. Nəticədə bu il ABŞ hökuməti qəti olaraq 500 mln. dolları ayırmaqdan imtina edib, indi isə daha 300 mln. dollarlıq vəsaitlə eyni şəkildə davranmaq qərarına gəlib.

"Pakistanın Cənub-Şərqi Asiyada strategiyaya dəstək göstərilməsi ilə bağlı qətiyyətsiz fəaliyyəti sayəsində yerdə qalan 300 mln. dollar yenidən bölüşdürülüb", - Folkner bildirib.

O izah edib ki, bu vəsaitlər Konqrestərəfindən təsdiq olunarsa, digər "vacib prioritet məsələlərə" sərf olunacaq.