adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2018 12:19
12054
MARAQLI
A- A+

Saç tökülməsinin qarşısını alan qarışım

Qadınları narahat edən ən böyük problemlərdən biri də saç tökülməsidir.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif dəmləmələrlə saçlarınızın sağlam və parlaq görüntüsünü geri qazana bilərsiniz. Ev şəraitində hazırlana biləcək bu qarışığı bir neçə dəfə tətbiq etdikdən sonra artıq təsirini görməyə başlayacaqsınız. Qarışıq təkcə saç tökülməsinə deyil, artımına da kömək edəcək.

Bunun üçün lazım olanlar:

1 xörək qaşığı lavanda otu

1.xörək qaşığı at pıtrağı otu

1 xörək qaşığı gicitkən otu

1 xörək qaşığı yatıqqanqal otu

Bu otları qarışdırıb üzərinə 2 stəkan su tökün. Saçlarınızı yuduqdan sonra bu qarışıqla onu yaxalayın.